QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad olunmuş bölgələrdə yanğın baş verib, helikopter cəlb olunub - VİDEO

© Sputnik / Rashad KeremogluFHN əməkdaşı, arxiv şəkli
FHN əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.07.2022
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində işğaldan azad olunmuş ərazilərdə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb
BAKI, 20 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Hadrut qəsəbəsində baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Nazirliyin verdiyi məlumata görə, yanğın nəticəsində, ilkin məlumata əsasən, təxminən 5 hektar ərazidə quru ot, kol-kos, meyvə ağacları və 10 ədəd müxtəlif ölçülü qaraj 150kv.m. sahədə yanıb. Ətraf ərazilər, o cümlədən digər tikililər yanğından mühafizə olunub.
Bundan əlavə, Qubadlı rayonunun Muradxanlı kəndi, Xocavənd rayonunun Binədərəsi kəndi və Füzuli rayonunun Aybasanlı kəndində əsasən kol-kos və otluq ərazilərdə baş vermiş yanğınlar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.
Həmçinin, Xocavənd rayonunun Günəşli kəndi yaxınlığında mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.
Xəbər lenti
0