Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Qızıl milyard”ın total hökmranlığı modeli irqçilikdir - Putin

© Sputnik / Павел БедняковRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 20.07.2022
Abunə olmaq
Rusiya dövlət başçısı bildirib ki, sadəcə olaraq əldə edilmiş nailiyyətlərlə kifayətlənmək, sələflərin etdiklərinə sevinmək yolverilməzdir.
BAKI, 20 iyul - Sputnik. Planet əhalisinin qondarma "qızıl milyard"ının total hökmranlığı modeli ədalətsizdir, o, mahiyyət etibarilə irqçi və neokolonialdır. Belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Strateji Təşəbbüslər Agentliyi (ASİ) və "Roskonqres" Fondunun birgə təşkil etdiyi “Yeni zaman üçün güclü ideyalar” forumunun plenar iclasında çıxış edib.

"Qızıl milyard adlanan şeyin total hökmranlığı modeli ədalətsizdir. Nə üçün planetin bütün əhalisinin bu qızıl milyardıdır, niyə hamıya hökmranlıq etməlidir, öz davranış qaydalarını tətbiq etməlidir?" - deyə Putin sessiyadakı çıxışında bildirib.

"Eksklüzivlik illüziyasına əsaslanaraq, o (total hökmranlıq modeli - red.) xalqları birinci və ikinci sinfə ayırır və buna görə də mahiyyət etibarı ilə irqçi və neokolonialdır. Və onun əsasında duran qlobalist, guya liberal ideologiya, getdikcə totalitarizm xüsusiyyətlərini mənimsəyir, yaradıcı axtarışları, azad tarixi yaradıcılığı məhdudlaşdırır”, - deyə prezident əlavə edib.
Onun sözlərinə görə, irəli getmək ənənələrə və dəyərlərə əsaslanmalıdır:
"Lakin nailiyyətlərimizə arxalanmaq və keçmişin uğurlarına sevinmək yolverilməzdir".
“Vurğulayıram ki, gələcəyə doğru addımlamaq üçün biz böyük, şanlı keçmişimizi xatırlamalı, adət-ənənələrimizə, dəyərlərimizə arxalanmalıyıq, nailiyyətlərimizlə fəxr etməli və bir daha deyirəm, əlbəttə ki, eyni zamanda irəliləməliyik”, - prezident bildirib.
Daha sonra Rusiya dövlət başçısı bildirib ki, sadəcə olaraq əldə edilmiş nailiyyətlərlə kifayətlənmək, yalnız keçmişə nəzər salmaq və sələflərin, ataların, babaların etdiklərinə sevinmək qətiyyən yolverilməzdir:
"Bütün bu sərvətə arxalanaraq, bu nəhəng təcrübəyə arxalanaraq, xalqımızın və ya xalqlarımızın bu nailiyyətlərinə arxalanaraq - bizim üstünlüyümüz ondan ibarətdir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkəyik, biz, əlbəttə, irəliyə baxmalı, yalnız irəli getməliyik".
Xəbər lenti
0