QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Evə qayıdarkən: Ağalı sakinləri həyətə əkmək üçün toxum aparıblar

Abunə olmaq
Azərbaycanda tarixi hadisə baş verir: ilk məcburi köçkünlər öz doğma kəndlərinə qayıdırlar.
BAKI, 19 iyul — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayon sakinlərini təntənəli şəkildə evlərinə, işğaldan azad edilmiş Ağalı kəndinə yola salıb.
Bu on ailə, təxminən, 30 il əvvəl soyuq oktyabrda erməni hərbçilərinin gülləsindən canını qurtararaq paytaxta gəlib və bu gün öz torpaqlarında yaşamağa gedir.
Beləliklə, Qarabağ azad olunandan iki il sonra Azərbaycanda daha bir tarixi hadisə baş verdi. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına ev sahibləri kimi qayıdırlar.
"Bu gün biz Azərbaycanın Böyük Qayıdışı çərçivəsində ilk ailələri yola sala bildik. Bununla əlaqədar olaraq, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
İlk "ağıllı kənd" layihəsi çərçivəsində Ağalı kəndinin özündə yeni qəsəbə salınıb. Bundan sonra insanlar orada həyatlarını davam etdirə biləcəklər. Öz növbəsində, dövlət strukturları da onlara hər zaman dəstək olacaq. İnanıram ki, biz yaxın gələcəkdə işğaldan azad edilmiş bütün şəhərlərimizi, kəndlərimizi bərpa edə, vətəndaşlarımızı orada yerləşdirə biləcəyik", - deyə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev bildirib.
Zəngilanlılar hələ də inana bilmirlər ki, yataqxanalarda, uşaq bağçalarında, sanatoriyalarda 30 ilə yaxın məşəqqətli həyatdan sonra çoxdan gözlədikləri rahatlığı tapacaqlar.
© Sputnik / Taleh MahmudovZəngilanın Ağalı kəndinə ilk köç
Переселение первой группы жителей в зангиланское село Агалы - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Zəngilanın Ağalı kəndinə ilk köç
Bu gün Bakıdan ayrılan hər kəs üçün sevinc hüznlə sərhəddir – onlar yaxınlarının itkisini, dar şəraitdə keçirdiyi illəri, sabahın qayğısını xatırlayırlar.
Yaşlı Zəngilanlı qadınlardan biri uca səslə Azərbaycan hərbçilərinə cansağlığı diləyərək Uca Allaha müraciət edir: "Allahım, şəhidlərimizə rəhmət elə, torpaqlarımızı qoruyan əsgərlərimizi saxla ki, düşmən bir daha hücuma keçməsin".
Əmisi oğullarının ailələrini və mərhum əmisinin həyat yoldaşını yola salmağa gələn qırx yaşlı Zilfinaz Mirzəyeva da köçməyə hazırdır. O, bir daha müharibənin dəhşətlərini yaşamayacağına ümid etdiyini bildirir: "Mən də tezliklə Ağalıya qayıdacağam. İkinci köçdə. Ailəmiz dörd nəfərdən ibarətdir. Uşaqlar böyükdür, köçməkdə mənə kömək edəcəklər. Buradan, köhnə həyatımdan heç nə götürmək istəmirəm, ev üçün hər şeyi təzə alacağam".
Zilfinaz bir neçə gündür ki, qohumlarının yanındadır. Bibisi Minə Mirzəyeva yeni evinə köçməyi səbirsizliklə gözləyir. Onun - qucağında azyaşlı uşaqları olan ananın Zəngilandan çıxmasına qardaşları və əri kömək edib. Onların heç biri bu gün yanında deyil. Qadın oğulları, gəlinləri və nəvələri ilə qayıdır.
Onun sözlərinə görə, o, ölkə rəhbərliyi qəsəbənin tikintisinə başladığı andan, bir il ərzində özü ilə nə aparacağını düşünüb. İki yük maşınında mebel və kənddə yaşamaq üçün lazım olan hər şeyi sığışdıra bilib.
© Sputnik / Taleh MahmudovZəngilanın Ağalı kəndinə ilk köç
Переселение первой группы жителей в зангиланское село Агалы - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Zəngilanın Ağalı kəndinə ilk köç
"Toxumlar almışam. Qarğıdalı, pomidor, göyərti əkəcəyəm, amma çiçək toxumlarını unutmuşam. Mavi çantada bir neçə metr rezin şlanq var. İstəyirəm ki, bütün tərəvəzlər evimin həyətində bitsin", - deyə qadın planlar qurur.
Qayıdandan sonra o, ilk növbədə nəvələrinə əcdadlarının məzarlarını göstərmək, sonra isə onları yerli görməli yerlərlə tanış etmək niyyətindədir.
Onun Bakıdakı yataqxanadakı otağını başqa qohumları tutublar, onların da köçürülmə növbəsi bir qədər sonra çatacaq.
Böyük qayıdış
Azərbaycanlılar - keçmiş məcburi köçkünlər, işğaldan azad olunmuş Zəngilan rayonunda məskunlaşacaqlar. Təxminən, 1200 nəfər Ağalı "ağıllı kəndi"ndə onlar üçün tikilmiş 200 evə köçəcək.
Bu, ikinci Qarabağ müharibəsi zamanı azad edilmiş Azərbaycan ərazilərinə Böyük qayıdış layihəsində birinci bənd olacaq.
Ümumilikdə, Zəngilan rayonundan olan 43 mindən artıq əhali var ki, onlar ilk Qarabağ müharibəsində həyatlarını xilas etmək üçün doğma yurd-yuvalarını tərk edərək qaçmağa məcbur olublar. Onlardan artıq 90% - dən çoxu öz doğma torpaqlarına qayıtmaq istədiyini bildirib.
Zəngilanlıların məskunlaşması üçün Ağalı-1, Ağalı-2 və Ağalı-3 kəndlərindən əlavə, daha iki yaşayış məntəqəsi - Məmmədbəyli və Cahangirbəyli kəndləri də tikilir.
Ağalı kəndinə köç - Sputnik Azərbaycan, 1920, 19.07.2022
QARABAĞ
Dövlət Komitəsi Ağalı kəndinə köçlə bağlı məlumat yayıb
Xəbər lenti
0