Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna ordusu Zaporojye, Nikolayev, Xarkov və Xersondakı taxıl sahələrini yandırıb

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidMixail Mizintsev
Mixail Mizintsev - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Ukraynada humanitar yardım üzrə Rusiya Federasiyasının idarələrarası əlaqələndirmə qərargahının rəhbəri Mizintsev Ukraynada taxıl sahələri ilə bağlı məlumatlara aydınlıq gətirib.
BAKI, 18 iyul - Sputnik. Ukrayna Silahlı Qüvvələri və yaraqlılar helikopter və artilleriyadan istifadə edərək Zaporojye, Nikolayev, Xarkov və Xerson vilayətlərindəki taxıl əkinləri sahələrini yandırıblar. Bu barədə bazar ertəsi Rusiya Federasiyası Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.
“Zaporojye, Nikolayev, Xarkov və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri və millətçi batalyonların yaraqlıları ilə birlikdə vertolyotlar və artilleriyadan istifadə etməklə məqsədli şəkildə taxıl əkinləri sahələrini yandırıblar”, deyə o vurğulayıb.
Qeyd edək ki, Mizintsev həm də Ukraynada humanitar yardım üzrə Rusiya Federasiyasının idarələrarası əlaqələndirmə qərargahına rəhbərlik edir.
Onun sözlərinə görə, neonasistlər "DXR"-in Baxmut vilayətinin Kalinovka kəndinin taxıl anbarlarının ərazisinə artilleriya və reaktiv yaylım atəşi sistemi (RYAS) yerləşdirib.
Oradan sistemli şəkildə Rusiya Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq onları cavab atəşi açmağa təhrik ediblər.
Xəbər lenti
0