Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu Rüstəm Muradova Ukraynada uzaqmənzilli silahların məhv edilməsi tapşırığını verdi

© Sputnik / Mediabanka keçidКомандующий российскими миротворцами, генерал-лейтенант Рустам Мурадов на блокпосту в Лачинском коридоре, фото из архива
Командующий российскими миротворцами, генерал-лейтенант Рустам Мурадов на блокпосту в Лачинском коридоре, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək rusiyalı sülhməramlıların Qarabağda komandanı olub.
BAKI, 18 iyul — Sputnik. Prioritet Ukrayna qoşunlarının mülki şəxslərə, buğda tarlalarına, taxıl anbarlarına zərbələr endirmək üçün istifadə etdiyi uzaqmənzilli silahların məhv edilməsidir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən "Vostok" qruplaşmasının yoxlanışı zamanı qruplaşmanın komandanı general-leytenant Rüstəm Muradova göstəriş verib.
Şoyqu "Vostok" qruplaşmasının zərbə imkanlarının gücləndiyini qeyd edərək, komandana düşmənin uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsi barədə göstəriş verib.
Rüstəm Muradov düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə nazirə məruzə edib.
Qeyd edək ki, ötən həftə Rusiya MN başçısı ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiya Silahlı Qüvvələrinin "Cənub" və "Mərkəz" qruplaşmalarında yoxlama aparıb.
Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək rusiyalı sülhməramlılarının Qarabağda komandanı olub.
Xəbər lenti
0