Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiyanın maraqları nəzərə alınmadan Avropada sülhə zəmanət vermək olmaz"

© AP Photo / Michael ProbstAvropa
Avropa - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Almaniya Bundestaqının Sol Partiyadan olan deputatının sözlərinə görə, Avropa İttifaqı və ABŞ-ın Ukraynadakı vəziyyətlə bağlı maraqları bir-biri ilə tamamilə ziddiyyət təşkil edir.
BAKI, 18 iyul — Sputnik. Avropa İttifaqı NATO-nun buraxılmasına hazırlaşmalı və üzv ölkələrin öz maraqlarından ABŞ-ın xeyrinə imtina etmələrini tələb etməyən siyasət yürütməlidir. Bunu Çinin "Global Times" qəzetinə müsahibəsində Almaniya Bundestaqının Sol Partiyadan olan deputatı Sevim Dağdelen deyib.
"Bizim uzunmüddətli hədəfimiz NATO-nun ləğvi və onun tam şəkildə tərksilah və əməkdaşlığa yönəldilmiş kollektiv təhlükəsizlik sistemi ilə əvəzlənməsi olmalıdır," - deyə deputat bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ-ın Ukraynadakı vəziyyətlə bağlı maraqları bir-biri ilə tamamilə ziddiyyət təşkil edir. Dağdelen bildirib ki, Aİ Vaşinqtonun maraqlarına və strategiyasına uyğunlaşmamalıdır.
O qeyd edib ki, hazırkı vəziyyət onu göstərir ki, Rusiyanın maraqları nəzərə alınmadan Avropa İttifaqında sülhə zəmanət vermək olmaz.
Millət vəkili əlavə edib ki, beynəlxalq ictimaiyyət soyuq müharibənin metodlarından və düşüncələrindən, eləcə də qarşıdurmadan əl çəkməlidir.
Daha əvvəl bildirilmişdi ki, İspaniyada militarist məntiqin təbliğinə görə NATO-nun buraxılmasını tələb ediblər.
Xəbər lenti
0