https://sputnik.az/20220718/metronun-genclik-stansiyasinda-guclendirilmis-is-rejimi-tetbiq-olunacaq-444109105.html
Metronun "Gənclik" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Metronun "Gənclik" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Sputnik Azərbaycan
Ehtiyat tədbirlər "Nəriman Nərimanov" və "28 May" stansiyalarında da görüləcək. 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T17:10+0400
2022-07-18T17:10+0400
2022-07-18T17:40+0400
paytaxt xəbərləri
metro
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427076307_0:131:2501:1537_1920x0_80_0_0_e979e85d6f2067d55b21d67101178fe0.jpg
BAKI, 18 iyul — Sputnik. UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.Bu barədə qurumdan bildirilib.Məlumata görə, görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.Oyun iyul ayının 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq. Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar yaxın ərazidə yerləşən "Gənclik" stansiyasında qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmlərini gücləndirmək məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.Ehtiyat tədbirlər "Nəriman Nərimanov" və "28 May" stansiyalarında da görüləcək.Gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun təmin olunacaq. Bununla yanaşı, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427076307_138:0:2361:1667_1920x0_80_0_0_b3f7747ecbd913c85b3e2d85261ed819.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
metro
Metronun "Gənclik" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq
17:10 18.07.2022 (Yenilənib: 17:40 18.07.2022) Ehtiyat tədbirlər "Nəriman Nərimanov" və "28 May" stansiyalarında da görüləcək.
BAKI, 18 iyul — Sputnik. UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Oyun iyul ayının 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq. Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar yaxın ərazidə yerləşən "Gənclik" stansiyasında qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmlərini gücləndirmək məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Ehtiyat tədbirlər "Nəriman Nərimanov" və "28 May" stansiyalarında da görüləcək.
Gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun təmin olunacaq. Bununla yanaşı, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.