Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib - Fotoreportaj

© Sputnik / Zulfiyya GuluyevaÇimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib
Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Pulsuz çimərliklərdə zibilləri toplamaq burada dincələnlərin insafına qalıb.
BAKI, 19 iyul — Sputnik. Havanın temperaturu yüksək olduğundan, bu gün çimərliklərə gedən yollarda avtomobillərin sıxlığı müşahidə olunurdu. Pirşağı istiqamətində çimərlik çox olsa da, buradakı çimərliklərin demək olar ki, hamısında qələbəlik idi. Hələ səhər saatları olmasına baxmayaraq, ödənişsiz çimərliklərdə boş çətir tapmaq müşkülə çevrilmişdi. Bu səbəbdən dincəlməyə gələnlərin çoxu elə şəxsi avtomobillərinin kölgəsində daldalanmışdı. Bu isə ərazidə antisanitar şəraitin yaranmasına səbəb olmuşdu.
Pulsuz çimərliklər zibilliyə çevrilib
İstirahətə gələnlər qida qalırlarını istirahət etdikləri yerdə qoyub getdiklərindən, tullantılar çimərliyə yeni gələn avtomobillərin təkəri altında əzilərək daha da acınacaqlı vəziyyət yaratmışdı. Apardığımız müşahidələr zamanı ictimai çimərlikdə qida qalıqlarını tullamaq üçün məişət tullantıları qablarına rast gəlmədik. Paytaxt sakinləri isə pulsuz çimərliklərdə bu vəziyyətə artıq alışdıqlarını söyləyirlər.
Təmizliyə nəzarət edən yoxdur
Uşaqları ilə hər gün Pirşağıda pulsuz çimərlik kimi tanınan əraziyə gələn şəhər sakini Almaz Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, Pirşağıda girişi pulsuz olan çox az çimərlik var. Ona görə də, yay boyu elə bu çimərliyə gəlir:

"Çimərlik ərazilərinin çoxunu zəbt ediblər. Başqa çimərliklərə avtomobillə daxil olmaq üçün iki manat alırlar. Bura giriş pulsuz olduğundan gəlirəm. Amma gördüyünüz kimi, bu çimərlikdə təmizliyə nəzarət edən yoxdur. Zibil qalıqları əlindən bilmirsən harada günəşlənəsən. Bir zibil qabı da qoymayıblar ki, insanlar tullantını atsın. Kimin insafı var, özü gedəndə zibilini də aparır. Kimin ki yoxdur, tullantıları elə yediyi yerdəcə qoyub gedir".

© Sputnik / Zulfiyya GuluyevaÇimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib
Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib
Avtomobillər çimərliyi zəbt edib
Digər sakinlər isə avtomobillərin çimərliyi zəbt etməsindən narazıdır. Burada həmsöhbət olduğumuz Şahnaz adlı xanım deyir ki, pulsuz çimərliklərdə dayanacaq yeri olmadığından, insanlar avtomobilini düz sahildə saxlayır. Bu isə hərəkətə, eləcə də günəşlənməyə mane olur:
"Maşınların əlindən harada dincələk, bilmirik. Bura pulsuz olduğu üçün gəlirik. Amma bir dayanacaq yeri yoxdur. Hamı maşınla az qalır dənizin içinə girsin. Qumluq ərazini avtomobillər zəbt edib. Bəs biz harada dincələk? Bir boş yer tapmaq olmur ki, günəşlənəsən".
© Sputnik / Zulfiyya GuluyevaÇimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib
Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib
Günlüklərin icarə haqqı da bahalaşıb
Avtomobillərin sahili zəbt etməsi bu çimərliyə üz tutanları dənizdən xeyli aralıda günəşlənməyə məcbur etmişdi. Sakinlər avtomobillərin gedib-gəldiyi yerdə günəşlənməyin təhlükəli olduğunu bildirdilər. Onların dediyinə görə, bu günlərdə çimərlikdə günəşlənən şəxlərdən biri hətta ayağından xəsarət də alıb. Səbəb çimərlikdə hərəkət edən avtomobilin qumda günəşlənən şəxsi görməməsi olub.
Bundan ehtiyat edənlərin çoxu yaxındakı ödənişli günlüklərdən istifadə edirdi. Çimərliyə üz tutanların sayının çox olması isə günlüklərin qiymətinə təsirsiz ötüşməmişdi. Adi günlərdə beş manata icarəyə verilən günlüklərin qiyməti 10 manata qədər artmışdı.
© Sputnik / Zulfiyya GuluyevaÇimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib
Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Çimərlikləri avtomobillər və zibil qalıqları zəbt edib
Xilasedici də yoxdur
Çimərlikdə olarkən xilasedicilərə də rast gəlmədik. Sakinlər bildirdilər ki, çimərlikdə indiyədək xilasedici görməyiblər. Günay Oruclu adlı Bakı sakini yalnız İDEA İctimai Birliyinin yaratdığı ödənişsiz çimərliklərdə xilasedicilərin olduğunu söylədi:

"Burada heç vaxt xilasedici görməmişəm. Gördüyünüz kimi, xilasedici məntəqəsi də yoxdur. Pulsuz olduğu üçün hamı buraya axışır. Amma nə təhlükəsizliyə nəzarət edilir, nədə ki təmizliyə".

Bakıda çimərlik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.06.2022
PAYTAXT XƏBƏRLƏRİ
Ödənişli çimərliklərdə bizi gözləyən təhlükə
Xəbər lenti
0