Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada xaricdən gətirilən avtomobillərin qeydiyyatı sadələşdirilib

© AFP 2024 / Ronny HartmannVolkswagen ID.3 elektormobili, arxiv şəkli
Volkswagen ID.3 elektormobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Söhbət maşınların texniki təchizatı üçün məcburi tələblərdən birinin müvəqqəti ləğvindən gedir.
BAKI, 17 iyul - Sputnik. Rusiya vətəndaşların və ya təşkilatların xaricdən gətirdiyi avtomobillərin qeydiyyatı prosedurunu sadələşdirib. Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Söhbət nəqliyyat vasitələrinin texniki təchizatı üçün məcburi tələblərdən birinin müvəqqəti ləğvindən gedir - indi onlardan ERA-GLONASS təcili çağırış cihazları olmadan istifadə edilə bilərlər.

"İndiyədək idxal olunan avtomobillərin bu cür avadanlıq dəsti ilə təşkili avtomobilin idxalı və yol polisində qeydiyyata alınması üçün əsas şərt idi. Bununla belə, qeyri-dost dövlətlərin sanksiyaları səbəbindən Rusiya fövqəladə hallar sistemləri istehsalçıları komponentlərdə fasilələrlə üzləşiblər”. – deyə RF-nın Mətbuat xidməti bildirib.

Qeyd olunub ki, sadələşdirilmiş qeydiyyat proseduru 2023-cü il fevralın 1-dək qüvvədə olacaq.
Gecikmə zamanı təcili çağırış sistemləri istehsal edən şirkətlərin tədarük zəncirlərini yenidən konfiqurasiya edə biləcəkləri gözlənilir.
Təxirə salınma müddəti ərzində təcili xidmətlərə çağırış sistemlərinin istehsalçı şirkətləri logistika zəncirlərini yenidən qura biləcəklər.
Xəbər lenti
0