https://sputnik.az/20220715/set-olkeleri-xarici-tezyiq-fonunda-emekdasligi-derinlesdirmelidir-444015439.html
ŞƏT ölkələri xarici təzyiq fonunda əməkdaşlığı dərinləşdirməlidir
ŞƏT ölkələri xarici təzyiq fonunda əməkdaşlığı dərinləşdirməlidir
Sputnik Azərbaycan
Rusiyanın sənaye və ticarət nazirinin müavini bildirib ki, 2021-ci ildə Rusiyanın ŞƏT ölkələri ilə ticarət dövriyyəsi 36% artaraq 192 milyard dollara çatıb. 15.07.2022, Sputnik Azərbaycan
2022-07-15T18:52+0400
2022-07-15T18:52+0400
2022-07-15T18:52+0400
şət
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427466021_0:177:3015:1873_1920x0_80_0_0_f838487dd21930a64716594b4d5ef733.jpg
BAKI, 15 iyul — Sputnik. Sənaye əməkdaşlığının dərinləşdirilməsi və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin texnoloji suverenliyinin artırılması xarici təzyiqlərə cavab olmalıdır. Bunu Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev deyib.Qeyd edək ki, Daşkənddə ŞƏT ölkələrinin sənaye nazirlərinin ikinci iclası keçirilir."Bugünkü çağırışlara ən yaxşı cavab sənaye əməkdaşlığının dərinləşdirilməsi və ölkələrimizin texnoloji suverenliyinin qurulması üçün birgə işi davam etdirmək olmalıdır", - deyə Qruzdev bildirib.O qeyd edib ki, xarici təzyiqlərin yaratdığı dağıdıcı proseslərin nəticələrini Şanxay Əməkdaşlıq Təşkilatındakı tərəfdaşlarımız da hiss edir, təşkilatımızın əməkdaşlıq ruhu xüsusi əhəmiyyət kəsb edir".Nazir müavini hesab edir ki, qarşılıqlı ticarət bu iş üçün yaxşı əsasdır. Onun sözlərinə görə, 2021-ci ildə Rusiyanın ŞƏT ölkələri ilə ticarət dövriyyəsi 36% artaraq 192 milyard dollara çatıb.O qeyd edib ki, Rusiya müəssisələrinin iştirakı ilə ŞƏT məkanında bir sıra iri layihələr həyata keçirilir. "Bu gün əldə olunanlarla kifayətlənməmək, ardıcıl və fəal şəkildə irəliləmək xüsusilə vacibdir", - Qruzdev əlavə edib.ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır. ŞƏT-də müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır. 2021-ci ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində İranın təşkilata qəbul edilməsi və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427466021_142:0:2873:2048_1920x0_80_0_0_2b386a686dd643a8a8cb7ed6c405ade5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şət
ŞƏT ölkələri xarici təzyiq fonunda əməkdaşlığı dərinləşdirməlidir
Rusiyanın sənaye və ticarət nazirinin müavini bildirib ki, 2021-ci ildə Rusiyanın ŞƏT ölkələri ilə ticarət dövriyyəsi 36% artaraq 192 milyard dollara çatıb.
BAKI, 15 iyul — Sputnik. Sənaye əməkdaşlığının dərinləşdirilməsi və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin texnoloji suverenliyinin artırılması xarici təzyiqlərə cavab olmalıdır. Bunu Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev deyib.
Qeyd edək ki, Daşkənddə ŞƏT ölkələrinin sənaye nazirlərinin ikinci iclası keçirilir.
"Bugünkü çağırışlara ən yaxşı cavab sənaye əməkdaşlığının dərinləşdirilməsi və ölkələrimizin texnoloji suverenliyinin qurulması üçün birgə işi davam etdirmək olmalıdır", - deyə Qruzdev bildirib.
O qeyd edib ki, xarici təzyiqlərin yaratdığı dağıdıcı proseslərin nəticələrini Şanxay Əməkdaşlıq Təşkilatındakı tərəfdaşlarımız da hiss edir, təşkilatımızın əməkdaşlıq ruhu xüsusi əhəmiyyət kəsb edir".
Nazir müavini hesab edir ki, qarşılıqlı ticarət bu iş üçün yaxşı əsasdır. Onun sözlərinə görə, 2021-ci ildə Rusiyanın ŞƏT ölkələri ilə ticarət dövriyyəsi 36% artaraq 192 milyard dollara çatıb.
O qeyd edib ki, Rusiya müəssisələrinin iştirakı ilə ŞƏT məkanında bir sıra iri layihələr həyata keçirilir. "Bu gün əldə olunanlarla kifayətlənməmək, ardıcıl və fəal şəkildə irəliləmək xüsusilə vacibdir", - Qruzdev əlavə edib.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır. ŞƏT-də müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır. 2021-ci ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində İranın təşkilata qəbul edilməsi və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanılıb.