https://sputnik.az/20220715/rusiya-xn-danisiqlar-prosesinin-muddeti-ile-bagli-proqnozlar-vermek-hele-tezdir-444016705.html
Rusiya XİN: Danışıqlar prosesinin müddəti ilə bağlı proqnozlar vermək hələ tezdir
Rusiya XİN: Danışıqlar prosesinin müddəti ilə bağlı proqnozlar vermək hələ tezdir
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İranın nüvə sazişi ilə Rusiya-Ukrayna danışıqlarını müqayisə etmək əsas etibarilə düzgün deyil. 15.07.2022, Sputnik Azərbaycan
2022-07-15T17:52+0400
2022-07-15T17:52+0400
2022-07-15T17:52+0400
rusiya xin
rusiya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e4/07/09/424399974_0:0:3269:1839_1920x0_80_0_0_860573fe2ed9aed80e8096e2fd5b97c0.jpg
BAKI, 15 iyul — Sputnik. Ukrayna üzrə danışıqlar prosesinin müddəti ilə bağlı proqnozlar vermək hələ tezdir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "İnterfaks"a müsahibəsində bildirib.Onun sözlərinə görə, eyni şey müəyyən beynəlxalq oyunçuların danışıqlara mümkün cəlb olunmasına da aiddir."Hazırda danışıqlar davam etmir", - deyə diplomat bildirib.Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, İranın nüvə sazişi ilə Rusiya-Ukrayna danışıqlarını müqayisə etmək əsas etibarilə düzgün deyil: "Baxmayaraq ki, bizim Ukraynanın nüvəsiz statusu tələbimiz müəyyən oxşarlıqlar yaradır".Bundan əvvəl prezident Vladimir Putin bildirib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin Qərb anlamalıdır ki, hazırkı vəziyyyət nə qədər davam etsə, danışıqlar bir o qədər çətin olacaq.İyulun 13-də İstanbulda BMT nümayəndələrinin, habelə Rusiya, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukrayna taxılının Qara dəniz limanlarından çıxarılması ilə bağlı danışıqlar aparılıb.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/09/424399974_253:0:2984:2048_1920x0_80_0_0_db5e71b6ecc8f6799f270197f1fcfbd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, rusiya prezidenti vladimir putin
rusiya xin, rusiya prezidenti vladimir putin
Rusiya XİN: Danışıqlar prosesinin müddəti ilə bağlı proqnozlar vermək hələ tezdir
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İranın nüvə sazişi ilə Rusiya-Ukrayna danışıqlarını müqayisə etmək əsas etibarilə düzgün deyil.
BAKI, 15 iyul — Sputnik. Ukrayna üzrə danışıqlar prosesinin müddəti ilə bağlı proqnozlar vermək hələ tezdir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "İnterfaks"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, eyni şey müəyyən beynəlxalq oyunçuların danışıqlara mümkün cəlb olunmasına da aiddir.
"Hazırda danışıqlar davam etmir", - deyə diplomat bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, İranın nüvə sazişi ilə Rusiya-Ukrayna danışıqlarını müqayisə etmək əsas etibarilə düzgün deyil: "Baxmayaraq ki, bizim Ukraynanın nüvəsiz statusu tələbimiz müəyyən oxşarlıqlar yaradır".
Bundan əvvəl prezident Vladimir Putin bildirib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin Qərb anlamalıdır ki, hazırkı vəziyyyət nə qədər davam etsə, danışıqlar bir o qədər çətin olacaq.
İyulun 13-də İstanbulda BMT nümayəndələrinin, habelə Rusiya, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukrayna taxılının Qara dəniz limanlarından çıxarılması ilə bağlı danışıqlar aparılıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.