https://sputnik.az/20220715/rusiya-sefiri-britaniya-xn-e-cagrilib-444047560.html
Rusiya səfiri Britaniya XİN-ə çağrılıb
Rusiya səfiri Britaniya XİN-ə çağrılıb
Sputnik Azərbaycan
Böyük Britaniyanın Xarici işlər naziri Liz Tras Rusiya səfiri Andrey Kelinə bildirib ki, Rusiya Pol Urinin girovluqda ölməsi ilə bağlı məsuliyyəti öz üzərinə... 15.07.2022, Sputnik Azərbaycan
2022-07-15T22:40+0400
2022-07-15T22:40+0400
2022-07-15T22:40+0400
rusiya
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/40590/35/405903555_0:142:3500:2111_1920x0_80_0_0_45634369532c53bf3edd66122b280c78.jpg
BAKI, 15 iyul - Sputnik. Rusiyanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağrılıb.Britaniya Xarici İşlər Nazirliyi humanitar yardım işçisi Pol Urinin Rusiya girovluğunda ölməsi xəbəri ilə bağlı bəyanat yayıb.Xarici işlər naziri Liz Tras bildirib ki, Rusiya məsuliyyəti öz üzərinə götürməlidir.Diplomat qeyd edib ki, Paul Uri humanitar yardım işi görərkən ələ keçirilib və onun məqsədi Ukrayna xalqına kömək etmək olub.Nazir qeyd edib ki, Paul Urinin ölümündən məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar. Məsələ ilə bağlı Rusiyanın səfiri Xarici İşlər Nazirliyinə çağrılıb.Qeyd edək ki, "DXR”də əsirlikdə olan britaniyalı Pol Uri iyulun 10-da dünyasını dəyişib. Bu barədə cümə günü özünü respublika elan etmiş qurumun ombudsmanı Daria Morozova məlumat verib. O, Urini "İngilis muzdlusu" adlandırıb və ölümün səbəbinin xroniki xəstəlik olduğunu iddia edib.Morozova həmçinin Pol Urinin tutulması ilə bağlı Britaniya hakimiyyət orqanlarına, beynəlxalq təşkilatlara və xarici mediaya məlumat verildiyini, lakin onlardan heç bir reaksiya verilmədiyini bildirib. Presidium Network qeyri-kommersiya təşkilatından olan 45 yaşlı britaniyalı könüllü aprelin 25-də Ukraynanın cənub-şərqindəki Zaporojye şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində rus hərbçiləri tərəfindən əsir götürülüb. Mayın əvvəlində Rusiya televiziyasında Urinin videosu nümayiş etdirilib. Görüntülərdə əli qandallı bir adam müstəntiqlərə “İngiltərə mediasının yalan danışdığını sübut etmək üçün” partladılmış körpünün şəklini çəkdiyini deyir. O, həmçinin bildiri ki, əvvəllər İraq, Əfqanıstan və Liviyada olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40590/35/405903555_248:0:3253:2254_1920x0_80_0_0_5e20ae407ec6f57216c23c5d68555257.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
britaniya, böyük britaniya
britaniya, böyük britaniya
Rusiya səfiri Britaniya XİN-ə çağrılıb
Böyük Britaniyanın Xarici işlər naziri Liz Tras Rusiya səfiri Andrey Kelinə bildirib ki, Rusiya Pol Urinin girovluqda ölməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməlidir.
BAKI, 15 iyul - Sputnik. Rusiyanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağrılıb.
Britaniya Xarici İşlər Nazirliyi humanitar yardım işçisi Pol Urinin Rusiya girovluğunda ölməsi xəbəri ilə bağlı bəyanat yayıb.
Xarici işlər naziri Liz Tras bildirib ki, Rusiya məsuliyyəti öz üzərinə götürməlidir.
Diplomat qeyd edib ki, Paul Uri humanitar yardım işi görərkən ələ keçirilib və onun məqsədi Ukrayna xalqına kömək etmək olub.
Nazir qeyd edib ki, Paul Urinin ölümündən məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar. Məsələ ilə bağlı Rusiyanın səfiri Xarici İşlər Nazirliyinə çağrılıb.
Qeyd edək ki, "DXR”də əsirlikdə olan britaniyalı Pol Uri iyulun 10-da dünyasını dəyişib. Bu barədə cümə günü özünü respublika elan etmiş qurumun ombudsmanı Daria Morozova məlumat verib. O, Urini "İngilis muzdlusu" adlandırıb və ölümün səbəbinin xroniki xəstəlik olduğunu iddia edib.
Morozova həmçinin Pol Urinin tutulması ilə bağlı Britaniya hakimiyyət orqanlarına, beynəlxalq təşkilatlara və xarici mediaya məlumat verildiyini, lakin onlardan heç bir reaksiya verilmədiyini bildirib.
Presidium Network qeyri-kommersiya təşkilatından olan 45 yaşlı britaniyalı könüllü aprelin 25-də Ukraynanın cənub-şərqindəki Zaporojye şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində rus hərbçiləri tərəfindən əsir götürülüb.
Mayın əvvəlində Rusiya televiziyasında Urinin videosu nümayiş etdirilib. Görüntülərdə əli qandallı bir adam müstəntiqlərə “İngiltərə mediasının yalan danışdığını sübut etmək üçün” partladılmış körpünün şəklini çəkdiyini deyir. O, həmçinin bildiri ki, əvvəllər İraq, Əfqanıstan və Liviyada olub.