https://sputnik.az/20220715/moskvanin-turizm-potensiali-bakida-numayis-olunacaq-444014071.html
Moskvanın turizm potensialı Bakıda nümayiş olunacaq
Moskvanın turizm potensialı Bakıda nümayiş olunacaq
Sputnik Azərbaycan
Pandemiyadan sonrakı dövrdə, bu tanıtım tədbiri Moskvadan qatılan tərəfdaşlarla Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri arasında əlaqələri yeniləmək... 15.07.2022, Sputnik Azərbaycan
2022-07-15T11:39+0400
2022-07-15T11:39+0400
2022-07-15T11:42+0400
rusiya
turizm
moskva
bakı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438796062_0:213:2882:1834_1920x0_80_0_0_de32f55ea35afcae8821f94b0b665caa.jpg
BAKI, 15 iyul — Sputnik. Moskva Şəhəri Turizm Komitəsi iyulun 21-də "Four Seasons Hotel Baku"da Moskvanın turizm potensialını Azərbaycanda təqdim edəcək. Tədbirdə 20-yə yaxın yerli şirkət, o cümlədən DMC, hotel və istirahət məkanlarının nümayəndələri iştirak edəcəklər.Tədbirdə ölkələrin turizm sənayesinin nümayəndələri arasında ikitərəfli görüşlər və Moskva şəhərinin turizm potensialını əks etdirən təqdimatın keçirilməsi nəzərdə tutulur. Həmçinin, Moskvanın mədəni irs, təbiət, macəra, kulinariya və digər özəllikləri də nümayiş olunacaq.AZƏRTAC xəbər verir ki, Moskva təkcə populyar turizm məkanı deyil, turistlər tərəfindən seçilmiş görməli məkanlar üzrə reytinqlərdə də liderdir. Ötən il Rusiyanın paytaxtı "Dünya Səyahət Mükafatları 2021"-də "Dünyanın Aparıcı Şəhər Gəzintisi Məkanı" və "Dünyanın Aparıcı İrs Şəhəri" kateqoriyaları üzrə qalib olub və "Dünyanın 100 Ən Yaxşı Şəhəri" siyahısında 4-cü yeri tutub.Moskva Şəhəri Turizm Komitəsinin bildirdiyinə görə, Rusiyanın paytaxtı müxtəlif turizm məhsulları ilə həm istirahət, həm də işgüzar səfərlər, eyni zamanda, səyahət-ticarət üçün ən maraqlı və əlverişli şəhərlərdən biri kimi sürətlə inkişaf edir.Qeyd edək ki, Moskva Şəhəri Turizm Komitəsi Moskvanı dünyada turizm məkanı kimi tanıdan rəsmi təşkilatdır. Təşkilat yerli və beynəlxalq ziyarətçi axınını artırmaq üçün və yerli turizm sənayesini, o cümlədən regionları, turizm məkanlarını, hotel şəbəkələrini, barları, restoranları, turizm şirkətlərini və s. tanıtmaq üçün çalışır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438796062_77:0:2806:2047_1920x0_80_0_0_3abba7bad29b5995a0cb65a0721bb79d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turizm, moskva, bakı
Moskvanın turizm potensialı Bakıda nümayiş olunacaq
11:39 15.07.2022 (Yenilənib: 11:42 15.07.2022) Pandemiyadan sonrakı dövrdə, bu tanıtım tədbiri Moskvadan qatılan tərəfdaşlarla Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri arasında əlaqələri yeniləmək üçün əla fürsətdir.
BAKI, 15 iyul — Sputnik. Moskva Şəhəri Turizm Komitəsi iyulun 21-də "Four Seasons Hotel Baku"da Moskvanın turizm potensialını Azərbaycanda təqdim edəcək. Tədbirdə 20-yə yaxın yerli şirkət, o cümlədən DMC, hotel və istirahət məkanlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirdə ölkələrin turizm sənayesinin nümayəndələri arasında ikitərəfli görüşlər və Moskva şəhərinin turizm potensialını əks etdirən təqdimatın keçirilməsi nəzərdə tutulur. Həmçinin, Moskvanın mədəni irs, təbiət, macəra, kulinariya və digər özəllikləri də nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Moskva təkcə populyar turizm məkanı deyil, turistlər tərəfindən seçilmiş görməli məkanlar üzrə reytinqlərdə də liderdir. Ötən il Rusiyanın paytaxtı "Dünya Səyahət Mükafatları 2021"-də "Dünyanın Aparıcı Şəhər Gəzintisi Məkanı" və "Dünyanın Aparıcı İrs Şəhəri" kateqoriyaları üzrə qalib olub və "Dünyanın 100 Ən Yaxşı Şəhəri" siyahısında 4-cü yeri tutub.
Moskva Şəhəri Turizm Komitəsinin bildirdiyinə görə, Rusiyanın paytaxtı müxtəlif turizm məhsulları ilə həm istirahət, həm də işgüzar səfərlər, eyni zamanda, səyahət-ticarət üçün ən maraqlı və əlverişli şəhərlərdən biri kimi sürətlə inkişaf edir.
Qeyd edək ki, Moskva Şəhəri Turizm Komitəsi Moskvanı dünyada turizm məkanı kimi tanıdan rəsmi təşkilatdır. Təşkilat yerli və beynəlxalq ziyarətçi axınını artırmaq üçün və yerli turizm sənayesini, o cümlədən regionları, turizm məkanlarını, hotel şəbəkələrini, barları, restoranları, turizm şirkətlərini və s. tanıtmaq üçün çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.