https://sputnik.az/20220714/zaxarova-boltonun-bunu-etiraf-etmesi-beynelxalq-arasdirma-ucun-fakta-cevrilecek-443966482.html
Zaxarova: "Boltonun bunu etiraf etməsi beynəlxalq araşdırma üçün fakta çevriləcək"
Zaxarova: "Boltonun bunu etiraf etməsi beynəlxalq araşdırma üçün fakta çevriləcək"
Sputnik Azərbaycan
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton CNN-ə müsahibəsində başqa ölkələrdə çevrilişlər planlaşdırmağa kömək etdiyini etiraf... 14.07.2022, Sputnik Azərbaycan
2022-07-14T08:24+0400
2022-07-14T08:24+0400
2022-07-14T08:24+0400
mariya zaxarova
rusiya
abş
con bolton
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:3019:1699_1920x0_80_0_0_0f53c64eb1610ab4cd1e219e55bfd63b.jpg
BAKI, 14 iyul — Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakı ilə bağlı açıqlamaları əlavə araşdırma tələb edir, onun bunu etiraf etməsi beynəlxalq araşdırma üçün fakta çevriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib."Bu, beynəlxalq araşdırma üçün faktdır", - diplomat çərşənbə günü öz "Telegram" kanalında yazıb.Belə ki, Bolton çərşənbə axşamı CNN-ə müsahibəsində başqa ölkələrdə çevrilişlər planlaşdırmağa kömək etdiyini etiraf edib."Belə yüksək vəzifələrdə çalışan və Birləşmiş Ştatların xarici siyasətinə birbaşa cavabdeh olan bir şəxsin başqa ölkələrdə dövlət çevrilişi planlaşdırdığını açıq mətnlə deməsini xatırlamıram", - deyə Zaxarova bildirib.Zaxarova vurğulayıb ki, keçmiş müşavirin açıqlamaları əlavə araşdırma tələb edir."ABŞ-ın dünyanın başqa hansı bölgələrində dövlət çevrilişi planlaşdırdığını bilmək vacibdir", - diplomat əlavə edib.Bundan əvvəl Bolton xaricdə dövlət çevrilişlərinin hazırlanmasında iştirak etdiyini bildirmişdi. "Dövlət çevrilişinin planlaşdırılmasına burada (ABŞ-da - TASS) deyil, bildiyiniz kimi, başqa yerlərdə kömək etmiş bir şəxs kimi demək istəyirəm ki, bu, ədalətli işdir", - o 2021-ci ilin yanvarında Tramp tərəfdarları tərəfindən Kapitola hücumu şərh edərkən deyib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:2729:2047_1920x0_80_0_0_cffb26c229616bde1fdd06129e4ca419.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, abş, con bolton
mariya zaxarova, abş, con bolton
Zaxarova: "Boltonun bunu etiraf etməsi beynəlxalq araşdırma üçün fakta çevriləcək"
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton CNN-ə müsahibəsində başqa ölkələrdə çevrilişlər planlaşdırmağa kömək etdiyini etiraf edib.
BAKI, 14 iyul — Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakı ilə bağlı açıqlamaları əlavə araşdırma tələb edir, onun bunu etiraf etməsi beynəlxalq araşdırma üçün fakta çevriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu, beynəlxalq araşdırma üçün faktdır", - diplomat çərşənbə günü öz "Telegram" kanalında yazıb.
Belə ki, Bolton çərşənbə axşamı CNN-ə müsahibəsində başqa ölkələrdə çevrilişlər planlaşdırmağa kömək etdiyini etiraf edib.
"Belə yüksək vəzifələrdə çalışan və Birləşmiş Ştatların xarici siyasətinə birbaşa cavabdeh olan bir şəxsin başqa ölkələrdə dövlət çevrilişi planlaşdırdığını açıq mətnlə deməsini xatırlamıram", - deyə Zaxarova bildirib.
Zaxarova vurğulayıb ki, keçmiş müşavirin açıqlamaları əlavə araşdırma tələb edir.
"ABŞ-ın dünyanın başqa hansı bölgələrində dövlət çevrilişi planlaşdırdığını bilmək vacibdir", - diplomat əlavə edib.
Bundan əvvəl Bolton xaricdə dövlət çevrilişlərinin hazırlanmasında iştirak etdiyini bildirmişdi. "Dövlət çevrilişinin planlaşdırılmasına burada (ABŞ-da - TASS) deyil, bildiyiniz kimi, başqa yerlərdə kömək etmiş bir şəxs kimi demək istəyirəm ki, bu, ədalətli işdir", - o 2021-ci ilin yanvarında Tramp tərəfdarları tərəfindən Kapitola hücumu şərh edərkən deyib.