https://sputnik.az/20220714/brics-teskilati-g20-ye-alternativ-olmayacaq---peskov-443998150.html
BRICS təşkilatı G20-yə alternativ olmayacaq - Peskov
BRICS təşkilatı G20-yə alternativ olmayacaq - Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, BRICS koordinasiya, qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün mühüm mexanizmdir. 14.07.2022, Sputnik Azərbaycan
2022-07-14T16:44+0400
2022-07-14T16:44+0400
2022-07-14T17:06+0400
rusiya
dmitri peskov
brics
g-20
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438027264_0:260:2995:1945_1920x0_80_0_0_9a8546eed9b86f7d5aef2dfa83f5a1c0.jpg
BAKI, 14 iyul — Sputnik. BRICS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) genişlənməsi İyirmilik Qrupuna (G20) alternativ olmayacaq, bu birliklər bir-birini tamamlayır. Bu fikri jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.Peskovun sözlərinə görə, BRICS koordinasiya, qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün mühüm mexanizmdir, lakin G20 tamamilə fərqli, daha geniş bir assosiasiyadır."Onlar bir-birini əvəz etmir, əksinə, bir-birini tamamlayır", - Rusiya liderinin mətbuat katibi vurğulayıb.2022-ci ilin iyununda Argentina və İran BRICS-ə qoşulmaq üçün müraciət ediblər. Daha sonra BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand bildirib ki, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı da bu assosiasiyada iştirak üçün müraciət etməyi planlaşdırır.Xatırladaq ki, bir müddət əvvəl Çinin sədrliyi ilə birliyin 14-cü Sammiti keçirilib. Birinci gün bu toplantıda Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi, Braziliya prezidenti Jair Bolsonaru, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa və ÇXR rəhbəri Si Çzinpin onlayn olaraq iştirak ediblər.İkinci gün 2030-cu ilə qədər qlobal inkişaf naminə tərəfdaşlığın qurulması mövzusunda iclas keçirilib. Burada təkcə BRICS-in beş ölkəsinin liderləri deyil, həmçinin, dəvət olunmuş bəzi dövlətlərin, o cümlədən Argentina və İranın başçıları da iştirak ediblər.BRICS 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə Peterburq iqtisadi forumu çərçivəsində yaradılıb. Cənubi Afrika 2010-cu ildə onlara qoşulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438027264_264:0:2995:2048_1920x0_80_0_0_fe15eace12e39eb07afb389d6d99a1fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, brics, g-20
dmitri peskov, brics, g-20
BRICS təşkilatı G20-yə alternativ olmayacaq - Peskov
16:44 14.07.2022 (Yenilənib: 17:06 14.07.2022) Rusiya prezidentinin mətbuat katibi bildirib ki, BRICS koordinasiya, qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün mühüm mexanizmdir.
BAKI, 14 iyul — Sputnik. BRICS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) genişlənməsi İyirmilik Qrupuna (G20) alternativ olmayacaq, bu birliklər bir-birini tamamlayır. Bu fikri jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, BRICS koordinasiya, qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün mühüm mexanizmdir, lakin G20 tamamilə fərqli, daha geniş bir assosiasiyadır.
"Onlar bir-birini əvəz etmir, əksinə, bir-birini tamamlayır", - Rusiya liderinin mətbuat katibi vurğulayıb.
2022-ci ilin iyununda Argentina və İran BRICS-ə qoşulmaq üçün müraciət ediblər. Daha sonra BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand bildirib ki, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı da bu assosiasiyada iştirak üçün müraciət etməyi planlaşdırır.
Xatırladaq ki, bir müddət əvvəl Çinin sədrliyi ilə birliyin 14-cü Sammiti keçirilib. Birinci gün bu toplantıda Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi, Braziliya prezidenti Jair Bolsonaru, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa və ÇXR rəhbəri Si Çzinpin onlayn olaraq iştirak ediblər.
İkinci gün 2030-cu ilə qədər qlobal inkişaf naminə tərəfdaşlığın qurulması mövzusunda iclas keçirilib. Burada təkcə BRICS-in beş ölkəsinin liderləri deyil, həmçinin, dəvət olunmuş bəzi dövlətlərin, o cümlədən Argentina və İranın başçıları da iştirak ediblər.
BRICS 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə Peterburq iqtisadi forumu çərçivəsində yaradılıb. Cənubi Afrika 2010-cu ildə onlara qoşulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.