Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Ukraynalı diversantlar əsir götürülüblər

© Sputnik / Наталья Селиверстова / Mediabanka keçidRF Müdafiə Nazirliyinin binası
RF Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Rusiya MN-in yaydığı məlumatda bildirilir ki, 41-ci ərazi müdafiə briqadasının 242-ci batalyonunun diversiya-kəşfiyyat qrupu Xarkov vilayətinin Dementyevka qəsəbəsi ərazisində məhv edilib
BAKI, 13 iyul — Sputnik. Rusiya hərbçiləri Xarkov yaxınlığında beş ukraynalı diversantı məhv edib və daha on nəfəri əsir götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Kiyevdən ezam olunmuş 241-ci ərazi müdafiə briqadasının 242-ci batalyonunun diversiya-kəşfiyyat qrupu Xarkov vilayətinin Dementyevka qəsəbəsi ərazisində məhv edilib", - deyə məlumatda bildirilir.
Nazirlik həmçinin Nikolayevdə Ukrayna Silahlı Qüvvələrinin Kaxovka qrupundan 350-dən çox hərbi qulluqçusu və 20 hərbi texnikasının məhv edildiyini açıqlayıb.
Daha əvvəl Müdafiə Nazirliyi leytenant İslam Tuquşevdən ibarət dəstənin Ukrayna Silahlı Qüvvələrinin mövqelərində 25 Ukrayna əsgərini necə məhv etdiyini və gizli sənədləri ələ keçirə bildiyini açıqlamışdı.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0