Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov: Moskva tranzitin əngəllənməsi ilə bağlı vəziyyətdə irəliləyiş gözləyir

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, hələlik bu vəziyyətlə bağlı yekun nəticə yoxdur və biz müəyyən irəliləyiş gözləyirik.
BAKI, 13 iyul — Sputnik. Moskva Litvanın Kalininqrada tranzitinin əngəllənməsi ilə bağlı vəziyyətdə irəliləyiş gözləyir, lakin hələlik bu məsələnin yekun həlli yoxdur. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Hələlik bu vəziyyətlə bağlı yekun nəticə yoxdur. Biz müəyyən irəliləyiş gözləyirik, lakin hələ ki, bu problemin aradan qaldırıldığını deyə bilmərik".
Daha əvvəl "İzvestiya" Rusiya tərəfindəki adı açıqlanmayan mənbələrə istinadən belə məlumat yayıb. Eyni zamanda, Kalininqrad vilayətinin hakimiyyət orqanları məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hələlik rəsmi bildirişlər və sənədlər almadıqlarını bildiriblər.
İyunun 18-də Litva Avropanın sanksiyalarına məruz qalan malların Kalininqrada və oradan tranzitini dayandırıb. Rusiya Xarici İşlər Nazirliyi və Kreml Vilnüsün hərəkətlərinin qanunsuz və beynəlxalq müqavilələrə zidd olduğunu bəyan ediblər. Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib ki, region Litva tərəfindən yüklərin tranzitini məhdudlaşdırmaq üçün cavab tədbirləri üçün dörd variant təklif edib. Litva hökuməti və Aİ rəhbərliyi də öz növbəsində qeyd edib ki, ölkə heç bir birtərəfli və ya əlavə məhdudiyyətlər tətbiq etməyib, sadəcə ardıcıl olaraq Avropa sanksiyalarını tətbiq edir.
Xatırladaq ki, bir müddət öncə Rusiya XİN bildirmişdi ki, malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına "sərt tədbirlər" tətbiq edəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0