Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ milliyət mövzusunu manipulyasiya etməyi dayandırmalıdır - Zaxarova

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Rusiya XİN sözçüsü bildirib ki, ABŞ Ukraynadakı vəziyyət kontekstində milliyyət mövzusunda manipulyasiyanı dayandırmağa borcludur.
BAKI, 13 iyul — Sputnik. Amerika Birləşmiş Ştatları Ukraynadakı vəziyyət fonunda milliyət mövzusunu manipulyasiya etməyi dayandırmalıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Sputnik" radiosunun efirində bildirib.
"Birləşmiş Ştatlar Ukraynadakı vəziyyət kontekstində milliyyət mövzusunda manipulyasiyanı dayandırmağa borcludur. Bu, ksenofobiyanın təzahürüdür...", - deyə rusiyalı diplomat qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton bu mövzuda yetərincə məlumatının olmadığını göstərir.
Zaxarova həmçinin Amerika tərəfinin qəsdən yalançı gündəm təqdim edə biləcəyini də istisna etməyib.
Bundan əvvəl Zaxarova ABŞ Prezidenti Co Baydenin təmiz enerjiyə keçid planının uğursuzluğuna işarə edib.
Zaxarova həmçinin iddia edib ki, ABŞ və müttəfiqləri Rusiya ilə hərbi qarşıdurma ərəfəsində təhlükəli şəkildə tarazlıq saxlayırlar.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0