Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi əməliyyat Kiyev rejiminə qarşı yönəlib - Peskov

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidRusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
RF Prezidentinin mətbuat katibi bildirib ki, faktiki olaraq Belarus və Rusiyanın İttifaq Dövləti çərçivəsində bir çox norma və qaydaları ümumiləşdirilib.
BAKI, 12 iyul - Sputnik. Rusiyanın xüsusi hərbi əməliyyatı ukraynalılara qarşı deyil, Kiyev rejiminə qarşı yönəlib. RİA Novosti xəbər verir ki, belə bir bəyanatla Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin "DXR", "LXR" və Ukraynada daimi yaşayan şəxslər üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması haqqında fərman imzalayıb.
“Xüsusi hərbi əməliyyat ukraynalılara qarşı deyil, rejimə qarşıdır və eyni zamanda, çox, çox ukraynalı həqiqətən Rusiya Federasiyasının vətəndaşı olmaq istəyir. Ona görə də bu fərman çoxlu sayda insan üçün son dərəcə vacibdir”, - deyə Peskov jurnalistlərin Kremlin Ukrayna Xarici İşlər Nazirliyinin adıçəkilən sənədi ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd kimi qiymətləndirməsi ilə razı olub-olmadığı ilə bağlı sualına cavab verərkən deyib.
RF Prezidentinin mətbuat katibi Belarus sakinləri üçün Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması ilə bağlı suala da cavab verib.
“Bu, ayrıca məsələdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, faktiki olaraq İttifaq Dövləti çərçivəsində bir çox norma və qaydalar ümumiləşdirilib:
"Rusiya və Belarus vətəndaşları faktiki olaraq maksimum eyni hüquqlar toplusundan istifadə edirlər, bəlkə də vəzifələrdə bir az fərqlər ola bilər", - deyə Peskov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0