Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin yaxın günlərdə Tehrana səfər edəcək - İRNA

© Sputnik / POOL / Mediabanka keçidRusiya Federasiyasının prezidenti Vladimir Putin
Rusiya Federasiyasının prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
Deputat bildirib ki, Rusiya tərəfii İranla iqtisadi əməkdaşlığa ciddi yanaşır.
BAKI, 12 iyul - Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin yaxın günlərdə Tehrana rəsmi səfər edəcək. İRNA agentliyi xəbər verir ki, bunu İran parlamentinin iqtisadi komissiyasının sədri Məhəmmədrza Pur-İbrahimi deyib.
Deputat İran və Rusiyanın iqtisadi inkişafının inkişafının planlaşdırılmasını iki ölkə liderləri arasında aparılan danışıqlarda prioritet olduğunu qeyd edib. O, Rusiya tərəfinin İranla iqtisadi əməkdaşlığa ciddi yanaşdığını bildirib.
“İran prezidentinin Moskvaya son səfərindən sonra Rusiyada İranla iqtisadi əməkdaşlıqla bağlı müsbət ab-hava yaranıb. Səfər zamanı yaxşı sazişlər imzalanıb və İranla Rusiya arasında iqtisadi əlaqələrdə yeni səhifə açılıb”, - deyə İbrahimi əlavə edib.
İran parlamentinin iqtisadi komissiyasının sədri həmçinin qeyd edib ki, İran prezidenti İbrahim Rəisinin Moskvaya səfəri Rusiyanı əmin edib ki, İslam Respublikası RF-lə iqtisadi əməkdaşlığa qətiyyətlə hazırdır:
"Qərb və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Moskvanın İranla iqtisadi əməkdaşlığı inkişaf etdirməyə marağını artırıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0