https://sputnik.az/20220712/putin-tehranda-reisi-ve-erdoganla-ucterefli-sammitde-istirak-edecek---peskov-443922320.html
Putin Tehranda Rəisi və Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək - Peskov
Putin Tehranda Rəisi və Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək - Peskov
Sputnik Azərbaycan
RF Prezidentinin mətbuat katibi bildirib ki, sözügedən tədbir Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü olacaq. 12.07.2022, Sputnik Azərbaycan
2022-07-12T15:03+0400
2022-07-12T15:03+0400
2022-07-12T15:03+0400
rusiya
putin
ərdoğan
rəisi
https://cdnn1.img.sputnik.az/img/42334/09/423340943_0:0:2707:1523_1920x0_80_0_0_3c831d112a7337c714c25d75bf3d43d7.jpg
BAKI, 12 iyul - Sputnik. Kreml təsdiqləyib ki, Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehrana səfər edəcək, orada İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.Onun sözlərinə görə, sammit çərçivəsində həmçinin ikitərəfli görüşlər də keçiriləcək.“Bəli, biz bunu təsdiqləyə bilərik, həqiqətən də prezidentin Tehrana səfəri hazırlanır. Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü olacaq. Bu, bildiyiniz kimi, Suriya nizamlanmasına yardım edən bir prosesdir”, - deyə o, jurnalistlərə bildirib.Peskov onu da qeyd edib ki, İranda Rusiya Federasiyasının prezidenti üçün həm ikitərəfli, həm də üçtərəfli təmaslar planlaşdırılır."Həqiqətən də Putin, Rəisi və Ərdoğan arasında görüş olacaq. Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüş də olacaq. Dünən Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik. Bu görüş də orada baş tutacaq”, - deyə Peskov Putinin iyulun 19-da Tehrana gedəcəyini, Putinin Ərdoğanla görüşünün də həmin günə planlaşdırıldığını açıqlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42334/09/423340943_0:0:2707:2031_1920x0_80_0_0_c9e7474fae056d014e9116c9956a70da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, ərdoğan, rəisi
Putin Tehranda Rəisi və Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək - Peskov
RF Prezidentinin mətbuat katibi bildirib ki, sözügedən tədbir Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü olacaq.
BAKI, 12 iyul - Sputnik. Kreml təsdiqləyib ki, Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehrana səfər edəcək, orada İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, sammit çərçivəsində həmçinin ikitərəfli görüşlər də keçiriləcək.
“Bəli, biz bunu təsdiqləyə bilərik, həqiqətən də prezidentin Tehrana səfəri hazırlanır. Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü olacaq. Bu, bildiyiniz kimi, Suriya nizamlanmasına yardım edən bir prosesdir”, - deyə o, jurnalistlərə bildirib.
Peskov onu da qeyd edib ki, İranda Rusiya Federasiyasının prezidenti üçün həm ikitərəfli, həm də üçtərəfli təmaslar planlaşdırılır.
"Həqiqətən də Putin, Rəisi və Ərdoğan arasında görüş olacaq. Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüş də olacaq. Dünən Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik. Bu görüş də orada baş tutacaq”, - deyə Peskov Putinin iyulun 19-da Tehrana gedəcəyini, Putinin Ərdoğanla görüşünün də həmin günə planlaşdırıldığını açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.