Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Zığ-Hövsan yoluna 27 santimetr qalınlığında 4 qat asfalt-beton örtüyü döşənəcək

© Photo : Azerbaijan Highway State AgencyZığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir
Zığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Üç kəndi birləşdirən avtomobil yoluna artıq asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
BAKI, 11 iyul - Sputnik. Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yolun uzunluğu 6,8 kilometr, eni 32 metr təşkil edir. Zığ qəsəbəsi üzrə 2, Hövsan istiqaməti üzrə 3 olmaqla 5 hərəkət zolağından ibarət olacaq yol 1b texniki dərəcəyə uyğun inşa olunur. Yol çiyinlərinin eni 3 metrdir.
© Photo : Azerbaijan Highway State AgencyZığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir
Zığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Zığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir
Layihəyə uyğun olaraq, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə, 300 metr uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 kilometr uzunluğunda beton küvetlərin inşası işləri aparılıb.
Hazırda son mərhələdə olmaqla yolboyu asfaltlanma işləri aparılır. Sözügedən yola 4 qat və 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Layihə çərçivəsində yolayrıcı zolaqlarda və zəruri yerlərdə səki daşları düzülüb.
© Photo : Azerbaijan Highway State AgencyZığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir
Zığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Zığ-Hövsan yolunun yenidən qurulması sürətlə davam etdirilir
Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə 3 yerdə, yolun 1.8, 2.2 və 4.4-ci kilometrlik hissələrində yerüstü piyada keçidlərinin inşası davam edir, yolboyu işıq dirəkləri və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri icra olunur.
Son mərhələdə siqnal dirəkləri, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla istifadəyə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0