QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşaya ilk sakinlər 2023-cü ilin sonunda köçürüləcək - Prezidentin xüsusi nümayəndəsi

© Sputnik / Murad OrujovВид на город Шуша
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 09.07.2022
Abunə olmaq
Aydın Kərimov deyib ki, başlıca məqsəd keçmiş məcburi köçkünlərin ən qısa zamanda doğma yurd-yuvalarına qayıtmasıdır.
BAKI, 9 iyul - Sputnik. Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb.
Bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, başlıca məqsəd keçmiş məcburi köçkünlərin ən qısa zamanda doğma yurd-yuvalarına qayıtmasıdır.
“Gələn ilin sonunda bizim ilk sakinlərimizi qəbul edəcəyik və onlara evlərinin açarlarını təhvil verəcəyik”, - Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
O qeyd edib ki, artıq Şuşada 5 tarixi abidədə bərpa işləri yekunlaşıb. Hazırda 3 mühüm abidədə - Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılır.
Onun sözlərinə görə, bu il üçün nəzərdə tutulan başlıca işlərdən biri də şəhərdə 960 şagirdlik məktəbin inşasıdır.
Aydın Kərimov Prezident İlham Əliyev tərəfindən Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, yaxın vaxtlarda onun da tikintisinə başlanacaq.
Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, Şuşada bütün Qarabağ üzrə televiziya və radio yayımının müasir formada təşkili məqsədilə xüsusi Teleqüllənin inşasına başlanılacaq.
Xəbər lenti
0