Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ağıllı kənd"ə qayıdış: Zəngilanda yeni məscid tikilir, aeroport sentyabrda hazır olacaq

© Official website of President of Azerbaijan RepublicZəngilanda “Ağıllı kənd” layihəsi
Zəngilanda “Ağıllı kənd” layihəsi - Sputnik Azərbaycan, 1920, 09.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizi olan Zəngəzurun bir hissəsinin Zəngilandan keçməsi rayonun gələcəkdə mühüm logistika mərkəzinə çevrilməsinə kömək edəcək.
BAKI, 9 iyul - Sputnik. Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin köçürülməsi bu ayın sonuna qədər həyata keçiriləcək.
Bunu Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
“Bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür. Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, - Prezidentin xüsusi nümayəndəsi bildirib.
Vahid Hacıyevin sözlərinə görə, işğal zamanı xarabalığa çevrilmiş Ağalı kəndi minalardan təmizlənərək yerində yeni, müasir ağıllı konsepsiyaya uyğun kənd salınıb: “Hazırda “yaşıl texnologiya”larla təchiz olunmuş 200 evin inşası başa çatdırılıb. Daha 150 evin, eyni zamanda, ikimərtəbəli mənzil tipli evlərin tikintisi davam etdirilir”.
Beynəlxalq nəqliyyat dəhlizi olan Zəngəzur dəhlizinin bir hissəsi Zəngilan rayonundan keçir.
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, bu da rayonun gələcəkdə mühüm logistika mərkəzinə çevrilməsinə köməklik edəcək:
“Belə ki, 55,8 km-i Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xətti təxminən 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun 61,2 km-lik hissəsi isə təxminən 2024-cü və 2025-ci illərdə yekunlaşacaq. Zəngilanı beynəlxalq logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin iyul ayında inşasına başlanılan Zəngilan Beynəlxalq Aeroportunun tikintisi isə bu ilin sentyabr ayında başa çatacaq”.
V.Hacıyev qeyd edib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Şəhərin ümumi insan sayını nəzərə alaraq, yeni və daha böyük bir məscidin tikintisinə başlanılıb.
Xəbər lenti
0