Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF bəzi ölkələrin çoxtərəfli formatların işinə xələl gətirmək cəhdlərin pisləyir - Lavrov

© AFP 2024 / BYAMBASUREN BYAMBA-OCHIRSergey Lavrov, arxiv şəkli
Sergey Lavrov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
G20 nazirləri ölkələr arasında qlobal əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi üçün birgə addımları müzakirə edirlər.
BAKI, 8 iyul - Sputnik. Rusiya bir sıra ölkələrin çoxtərəfli formatların işinə xələl gətirmək cəhdlərinə qarşıdır. TASS xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü G20 nazirlərinin müşavirəsi çərçivəsində Braziliyanın xarici işlər naziri Karlos Alberto Franko Fransa ilə görüşndə çıxış edib.
Lavrov "Asiya, Latın Amerikası, Afrika ölkələrinin əksəriyyətinin mövqeyini yüksək qiymətləndirirəm. Kim bizim haqqımızda düşünürsə, biz çoxtərəfli formatları pozmamalıyıq", - deyə o vurğulayıb.
Qeyd edək ki, cümə günü səhər Lavrov Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb. Daha sonra Rusiya XİN rəhbərinin İndoneziya və Argentina xarici siyasət idarələri rəhbərləri ilə də görüşləri nəzərdə tutulub.
İndoneziyanın Bali adasında G20-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası iclası keçirilir. Tədbir “Daha dinc, sabit və firavan dünyanı birlikdə quraq” mövzusuna həsr olunub.
Tərəflər qlobal əməkdaşlığın və ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində birgə addımları müzakirə edirlər. Bundan əlavə ərzaq böhranından, gübrə qıtlığından və qlobal əmtəə qiymətlərinin yüksəlməsindən çıxmaq üçün strateji addımlar müzakirə da olunur.
G20 liderlərinin sammiti bu il noyabrın 15-16-da Balidə keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0