QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda böyük beynəlxalq velosiped yarışı keçiriləcək

© Photo : Azerbaijan Cycling FederationTour De Azerbaijan
Tour De Azerbaijan - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Velosiped yarışının birinci mərhələsi Bakıda keçiriləcək, ikinci mərhələsi Füzuli Beynəlxalq Hava Limanından start götürərək Şuşada yekunlaşacaq.
BAKI, 8 iyul — Sputnik. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Qarabağda gələcəkdə daha böyük beynəlxalq velosiped yarışları təşkil olunacaq. Bu barədə "Əziz Şuşa" beynəlxalq velosiped yarışına həsr olunmuş mətbuat konfransında bildirilib.
Cümə günü, iyulun 8-də 9-10 iyul tarixlərində iki mərhələdə keçiriləcək "Əziz Şuşa" beynəlxalq velosiped yarışına həsr olunmuş mətbuat konfransı keçirilib. Səkkiz ölkənin nümayəndələrinin qatılacağı veloturun birinci mərhələsi Bakının Pirallahı rayonundakı "Nerekənd" parkının yaxınlığında keçiriləcək. İştirakçılar 21 km məsafədə fərdi yarışda iştirak edəcəklər.
İkinci mərhələ Füzuli beynəlxalq hava limanından başlayıb Şuşadakı "Qarabağ" hotelinin qarşısında başa çatır – velosipedçilər 71 km məsafədə qrup yarışında iştirak edəcəklər.
Yarışın təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Şuşa Dövlət Qoruğu İdarəsidir.
Qarşıdan gələn veloturun direktoru Martin Bryuin qeyd edib ki, Azərbaycan velosiped idmanı tarixində yeni səhifə açılır.
"Qarşıdan gələn veloyürüşün ən yüksək səviyyədə keçməsi və Azərbaycan xalqını sevindirməsi üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, velotura hazırlıq üçün xeyli iş görmüşük. İştirakçılar təpəyə qalxmaq məcburiyyətində qalacaqları səbəbindən velosipedçilər üçün ən çətini ikinci gün olacaq", – deyə o qeyd edib.
Federasiyanın baş katibi Elnarə Musayeva bildirib ki, veloyürüş beynəlxalq standartlara cavab verəcək, üstəlik, hazırlıqda beynəlxalq kateqoriyalı hakimlər iştirak ediblər.
Milli federasiyanın icraiyyə komitəsinin üzvü Vüqar Salahov onu da bildirib ki, qurum uzun müddətdir ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında beynəlxalq velosiped yarışı keçirməyə çalışır.
"Lakin gələcəkdə biz Qarabağda çoxlu sayda mərhələlərlə daha böyük beynəlxalq velosiped yarışları keçirməyi planlaşdırırıq", - deyə Salahov bildirib.
Xəbər lenti
0