https://sputnik.az/20220708/lavrov-taxilla-bagli-ukrayna-ve-turkiye-ile-danisiqlara-hazir-oldugunu-aciqlayib-443826477.html
Rusiya taxılla bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır - Lavrov
Rusiya taxılla bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır - Lavrov
Sputnik Azərbaycan
Rusiyalı nazir bildirib ki, təklif olunan sxem hərbi dəniz qüvvələrinin istifadəsini nəzərdə tutur. 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T11:09+0400
2022-07-08T11:09+0400
2022-07-08T11:10+0400
rusiya
lavrov
g-20
ukrayna
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443298698_0:0:3071:1728_1920x0_80_0_0_f92a208436ec43820496db21b00aa99f.jpg
BAKI, 8 iyul — Sputnik. Rusiya Ukrayna taxılının ixracı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə jurnalistlərə açıqlamasında bildirib."Biz ukraynalı və türkiyəli həmkarlarımızla danışıqlara hazırıq. Bizim bütün həll yollarımız var: əgər söhbət Ukrayna taxılından gedirsə, Ukrayna öz limanlarını blokdan çıxarmalı, onları təmizləməli və ya minalanmış sahələrdən təhlükəsiz keçidi təmin etməlidir. Artıq Ukraynanın ərazi dənizindən kənarda isə Rusiya və Türkiyə müvafiq gəmilərin təhlükəsizliyini təmin etməyə, onları boğazlara çatdırmağa hazırdırlar. Daha sonra isə bu gəmilər Aralıq dənizinə özləri gedəcəklər", - deyə nazir qeyd edib.O qeyd edib ki, bu məsələdə əsas rolu hərbçilər oynayırlar, çünki təklif olunan sxem hərbi dəniz qüvvələrinin istifadəsini nəzərdə tutur."Danışıqların nə vaxt davam edəcəyini deyə bilmərəm, bir neçə gündür ki, Moskvada deyildim. Amma təsdiq edə bilərəm ki, biz həmişə hazırıq", - deyə nazir əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443298698_0:0:2731:2048_1920x0_80_0_0_6ce8b06b6230f2a2d9bcc419be6e164f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
lavrov, g-20, ukrayna, taxıl
lavrov, g-20, ukrayna, taxıl
Rusiya taxılla bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır - Lavrov
11:09 08.07.2022 (Yenilənib: 11:10 08.07.2022) Rusiyalı nazir bildirib ki, təklif olunan sxem hərbi dəniz qüvvələrinin istifadəsini nəzərdə tutur.
BAKI, 8 iyul — Sputnik. Rusiya Ukrayna taxılının ixracı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə jurnalistlərə açıqlamasında bildirib.
"Biz ukraynalı və türkiyəli həmkarlarımızla danışıqlara hazırıq. Bizim bütün həll yollarımız var: əgər söhbət Ukrayna taxılından gedirsə, Ukrayna öz limanlarını blokdan çıxarmalı, onları təmizləməli və ya minalanmış sahələrdən təhlükəsiz keçidi təmin etməlidir. Artıq Ukraynanın ərazi dənizindən kənarda isə Rusiya və Türkiyə müvafiq gəmilərin təhlükəsizliyini təmin etməyə, onları boğazlara çatdırmağa hazırdırlar. Daha sonra isə bu gəmilər Aralıq dənizinə özləri gedəcəklər", - deyə nazir qeyd edib.
O qeyd edib ki, bu məsələdə əsas rolu hərbçilər oynayırlar, çünki təklif olunan sxem hərbi dəniz qüvvələrinin istifadəsini nəzərdə tutur.
"Danışıqların nə vaxt davam edəcəyini deyə bilmərəm, bir neçə gündür ki, Moskvada deyildim. Amma təsdiq edə bilərəm ki, biz həmişə hazırıq", - deyə nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.