https://sputnik.az/20220707/rusiya-xn-nato-sammiti-qerbin-ukraynadaki-eskalasiyadan-el-cekmek-istemediyini-gosterdi-443755214.html
Rusiya XİN: NATO sammiti Qərbin Ukraynadakı eskalasiyadan əl çəkmək istəmədiyini göstərdi
Rusiya XİN: NATO sammiti Qərbin Ukraynadakı eskalasiyadan əl çəkmək istəmədiyini göstərdi
Sputnik Azərbaycan
Rusiya XİN-in rəsmisi bildirib ki, Qərb ölkələri Kiyevi davamlı olaraq silahla təmin edir və onun militarist istəklərini təşviq edirlər. 07.07.2022, Sputnik Azərbaycan
2022-07-07T21:02+0400
2022-07-07T21:02+0400
2022-07-07T21:02+0400
nato
rusiya
ukrayna
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_0:159:3076:1889_1920x0_80_0_0_98017b86711f940a26ba5b26464b2c04.jpg
BAKI, 7 iyul — Sputnik. NATO-nun Madriddə keçirilən sammiti Qərbin Ukraynadakı eskalasiyadan əl çəkmək istəmədiyini göstərdi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev deyib."Qərb Ukraynada vəziyyətin daha da gərginləşməsi xəttini tərk etmək niyyətində deyil, bunu iyunun 28-29-da keçirilən NATO sammiti də təsdiqlədi, nəticədə Kiyevə gücləndirilmiş dəstək paketi haqqında qərar qəbul edildi", - deyə o bildirib.Diplomat Şimali Atlantika Alyansına üzv ölkələrin başçılarının görüşünün nəticələrini dəyərləndirib. Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi davamlı olaraq silahla təmin edir və onun militarist istəklərini təşviq edir.Bundan əvvəl NATO liderləri yeni strateji konsepsiya qəbul ediblər və bu konsepsiyada Rusiya rəsmi olaraq Şimali Atlantika Alyansının təhlükəsizliyinə ən böyük təhdid kimi tanınıb. Sənədə əsasən, Alyansın qərarına təsir edən əsas amil, Avro-Atlantik məkanda təhlükəsizliyi sarsıdan Ukraynadakı hərbi əməliyyatlar olub.Bundan əlavə, NATO Rusiyanın alyans sərhədlərinin şərqində və cənubunda, eləcə də Uzaq Şimalda, Baltik, Qara və Aralıq dənizlərindəki hərəkətlərində təhdidlər görürdü.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_174:0:2903:2047_1920x0_80_0_0_f940ab237cfdfb6e51155405c8838c02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, ukrayna, rusiya müdafiə nazirliyi
nato, ukrayna, rusiya müdafiə nazirliyi
Rusiya XİN: NATO sammiti Qərbin Ukraynadakı eskalasiyadan əl çəkmək istəmədiyini göstərdi
Rusiya XİN-in rəsmisi bildirib ki, Qərb ölkələri Kiyevi davamlı olaraq silahla təmin edir və onun militarist istəklərini təşviq edirlər.
BAKI, 7 iyul — Sputnik. NATO-nun Madriddə keçirilən sammiti Qərbin Ukraynadakı eskalasiyadan əl çəkmək istəmədiyini göstərdi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev deyib.
"Qərb Ukraynada vəziyyətin daha da gərginləşməsi xəttini tərk etmək niyyətində deyil, bunu iyunun 28-29-da keçirilən NATO sammiti də təsdiqlədi, nəticədə Kiyevə gücləndirilmiş dəstək paketi haqqında qərar qəbul edildi", - deyə o bildirib.
Diplomat Şimali Atlantika Alyansına üzv ölkələrin başçılarının görüşünün nəticələrini dəyərləndirib. Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi davamlı olaraq silahla təmin edir və onun militarist istəklərini təşviq edir.
Bundan əvvəl NATO liderləri yeni strateji konsepsiya qəbul ediblər və bu konsepsiyada Rusiya rəsmi olaraq Şimali Atlantika Alyansının təhlükəsizliyinə ən böyük təhdid kimi tanınıb. Sənədə əsasən, Alyansın qərarına təsir edən əsas amil, Avro-Atlantik məkanda təhlükəsizliyi sarsıdan Ukraynadakı hərbi əməliyyatlar olub.
Bundan əlavə, NATO Rusiyanın alyans sərhədlərinin şərqində və cənubunda, eləcə də Uzaq Şimalda, Baltik, Qara və Aralıq dənizlərindəki hərəkətlərində təhdidlər görürdü.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.