https://sputnik.az/20220707/rf-xn-covid-mehdudiyyetleri-goturuldukden-sonra-olkeye-giris-qaydalarina-aydinliq-getirib-443800790.html
RF XİN COVID məhdudiyyətləri götürüldükdən sonra ölkəyə giriş qaydalarına aydınlıq gətirib
RF XİN COVID məhdudiyyətləri götürüldükdən sonra ölkəyə giriş qaydalarına aydınlıq gətirib
Sputnik Azərbaycan
Bu il iyulun 15-dən əcnəbi vətəndaşların Rusiyaya girişi proseduru praktiki olaraq "pandemiyadan əvvəlki" prosesə qayıdacaq, lakin bəzi tələblər qalacaq. 07.07.2022, Sputnik Azərbaycan
2022-07-07T16:35+0400
2022-07-07T16:35+0400
2022-07-07T16:35+0400
rusiya
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_0:0:3015:1697_1920x0_80_0_0_52427520a664f66bd2692606f4e8bb9a.jpg
BAKI, 7 iyul — Sputnik. Anti-COVID məhdudiyyətləri ləğv edildikdən sonra Rusiyaya daxil olmaq üçün əcnəbilərə hələ də pasport, viza və mənfi PZR testi lazımdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən RİA Novosti-yə məlumat verilib.Koronavirus infeksiyasının Rusiya Federasiyası ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah epidemiya ilə əlaqədar Rusiya Federasiyasının dövlət sərhədindən keçidə qoyulmuş müvəqqəti məhdudiyyətlərin ləğvi barədə qərar qəbul edib.Bu il iyulun 15-dən etibarən əcnəbi vətəndaşların Rusiyaya girişi proseduru praktiki olaraq "pandemiyadan əvvəlki" prosesə qaytarılacaq (Rusiya Federasiyasına daxil olmaq üçün nəzərdə tutulan kateqoriyalar, giriş səbəbləri, habelə Rusiya Federasiyasına daxil olması planlaşdırılan buraxılış məntəqələri üzrə məhdudiyyət qoyulmadan): şəxsiyyəti təsdiq edən etibarlı sənədlər və Rusiya vizası əsasında (zəruri hallarda).Rusiya XİN-də qeyd ediblər ki, "bu zaman Rusiyaya daxil olan xarici vətəndaşların (hava nəqliyyatı vasitəsilə gələn Belarus vətəndaşları istisna olmaqla) polimeraz zəncir reaksiyası (PZR) üsulu ilə COVID-19 üçün laboratoriya testinin mənfi nəticəsini təsdiq edən tibbi sənədlərin təqdim edilməsi tələbi qüvvədə qalır".Bundan əlavə, XİN qeyd edib ki, "bu il iyulun 15-dən Rusiya vətəndaşlarının Rusiya dövlət sərhədindən yerüstü buraxılış məntəqələri vasitəsilə Rusiya Federasiyası ərazisindən kənara çıxışına qoyulan məhdudiyyətlər də aradan qaldırılır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_124:0:2855:2048_1920x0_80_0_0_f9541aee2078bec48ab7b33ba3adaab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
covid-19
RF XİN COVID məhdudiyyətləri götürüldükdən sonra ölkəyə giriş qaydalarına aydınlıq gətirib
Bu il iyulun 15-dən əcnəbi vətəndaşların Rusiyaya girişi proseduru praktiki olaraq "pandemiyadan əvvəlki" prosesə qayıdacaq, lakin bəzi tələblər qalacaq.
BAKI, 7 iyul — Sputnik. Anti-COVID məhdudiyyətləri ləğv edildikdən sonra Rusiyaya daxil olmaq üçün əcnəbilərə hələ də pasport, viza və mənfi PZR testi lazımdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən RİA Novosti-yə məlumat verilib.
Koronavirus infeksiyasının Rusiya Federasiyası ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah epidemiya ilə əlaqədar Rusiya Federasiyasının dövlət sərhədindən keçidə qoyulmuş müvəqqəti məhdudiyyətlərin ləğvi barədə qərar qəbul edib.
Bu il iyulun 15-dən etibarən əcnəbi vətəndaşların Rusiyaya girişi proseduru praktiki olaraq "pandemiyadan əvvəlki" prosesə qaytarılacaq (Rusiya Federasiyasına daxil olmaq üçün nəzərdə tutulan kateqoriyalar, giriş səbəbləri, habelə Rusiya Federasiyasına daxil olması planlaşdırılan buraxılış məntəqələri üzrə məhdudiyyət qoyulmadan): şəxsiyyəti təsdiq edən etibarlı sənədlər və Rusiya vizası əsasında (zəruri hallarda).
Rusiya XİN-də qeyd ediblər ki, "bu zaman Rusiyaya daxil olan xarici vətəndaşların (hava nəqliyyatı vasitəsilə gələn Belarus vətəndaşları istisna olmaqla) polimeraz zəncir reaksiyası (PZR) üsulu ilə COVID-19 üçün laboratoriya testinin mənfi nəticəsini təsdiq edən tibbi sənədlərin təqdim edilməsi tələbi qüvvədə qalır".
Bundan əlavə, XİN qeyd edib ki, "bu il iyulun 15-dən Rusiya vətəndaşlarının Rusiya dövlət sərhədindən yerüstü buraxılış məntəqələri vasitəsilə Rusiya Federasiyası ərazisindən kənara çıxışına qoyulan məhdudiyyətlər də aradan qaldırılır".