Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "Moskva ilə Pekin əməkdaşlığın həcmini və miqyasını artıracaq"

© Sputnik / Murad OrujovLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, ABŞ və onun peyklərinin Rusiya və Çini cilovlamaq üçün strateji kursu fonunda praktiki əməkdaşlığın həcm və miqyası artırılacaq.
BAKI, 7 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Çinin mövqeyi Qərbin irəli sürdüyü mövqedən fərqli olaraq, getdikcə daha çox dövlət tərəfindən dəstəklənir. Bu barədə TASS məlumat yayıb.
"Dünya məsələlərində öz imtiyazlı mövqeyini, hökmranlığını qoruyub saxlamaq istəyən Qərbin açıq-aşkar təcavüzkar xəttindən fərqli olaraq, bizim mövqeyimiz dövlətlərarası ünsiyyətin getdikcə daha çox iştirakçısı tərəfindən başa düşülür və dəstəklənir", - o, G20 xarici işlər nazirlərinin iclası çərçivəsində çinli həmkarı Van Yi ilə görüşdə deyib.
Lavrov əlavə edib ki, Moskva və Pekin ABŞ və onun peyklərinin Rusiya və Çini cilovlamaq üçün strateji kursu fonunda praktiki əməkdaşlığın həcmini və miqyasını artıracaq.
Bundan əvvəl ABŞ-ın Çindəki səfiri Nikolas Berns Pekindən Ukraynadakı münaqişə ilə bağlı Rusiyayönümlü yayımları dayandırmağı tələb edib.
Bundan əvvəl Almaniyanın "Die Welt" nəşri yazıb ki, Rusiya və Çinin rəhbərlik etdiyi anti-Qərb BRİKS bloku siyasi və iqtisadi təsirini genişləndirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Министр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу во время встречи в Анкаре - Sputnik Azərbaycan, 1920, 07.07.2022
DÜNYA XƏBƏRLƏRİ
Lavrov Çavuşoğlu ilə görüşəcək
Xəbər lenti
0