Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

FAO: Rusiya aclıq təhlükəsi ilə üz-üzə deyil

© AFP 2024 / INA FASSBENDERkartof
kartof - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
FAO-nun Rusiya Federasiyası ilə əlaqə ofisinin direktoru bildirib ki, Rusiyada 2019-cu ilin məlumatlarına görə, xroniki aclıqdan əziyyət çəkən əhalinin nisbəti 2%-dən az olub.
BAKI, 7 iyul — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesab edir ki, Rusiya aclıq təhlükəsi ilə üz-üzə deyil. Bu barədə TASS FAO-nun Rusiya Federasiyası ilə əlaqə ofisinin direktoru Oleq Kobyakova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyada 2019-cu ilin məlumatlarına görə, xroniki aclıqdan əziyyət çəkən əhalinin nisbəti 2%-dən az olub. Əhalinin 6%-ə qədəri vaxtaşırı ərzaq çatışmazlığı ilə üzləşib.
"Bu rəqəmləri dünya göstəriciləri ilə müqayisə etsək, görərik ki, Rusiya bu baxımdan zəngin qidalanmış, tarixən aclığa qalib gəlmiş firavan ölkədir", - Kobyakov bildirib.
O əlavə edib ki, istənilən, hətta dünyanın ən varlı ölkələrində belə aclıq çəkən insanlar var.
Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksim Torero bildirmişdi ki, Ukraynadakı vəziyyətə görə dünyada təxminən 40 milyon insan qida çatışmazlığı problemi ilə üzləşəcək.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Ukraynada Rusiyanın hesablamalarına görə, hazırda 5 milyon tona yaxın bloklanmış taxıl var. Onun sözlərinə görə, belə bir miqdar dünya bazarlarına heç bir şəkildə təsir göstərmir:
"Son vaxtlar Ukrayna taxılının ixracı ilə bağlı məsələ aktiv şəkildə müzakirə olunur. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bu, 6 milyon ton buğda, bizim məlumatlarımıza görə, haradasa 5 milyon ton civarındadır. Dünyada hasilatın həcmini - 800 milyon tonunu nəzərə alsaq, onda başa düşürük ki, bu, dünya bazarlarına heç bir şəkildə təsir göstərməyən elə bir miqdardır. Bu, dünyada istehsal olunan bütün ərzaq məhsullarının təxminən 2,5%-ni və 0,5%-ni təşkil edir".
RF Prezidenti onu da qeyd edib ki, Ukraynanın taxılı məsələsində Rusiya Federasiyası BMT-nin müvafiq təşkilatı ilə sıx işgüzar əlaqə saxlayır.
"Bu məsələ ilə bağlı biz BMT-nin müvafiq profili ilə daimi, sıx işgüzar əlaqədəyik və onlar bu məsələləri Aİ və ABŞ nümayəndələri ilə işləməyi üzərinə götürüblər", - deyə Putin bildirib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 16.06.2022
RUSİYA
Rusiya taxıl böhranının həllinə kömək etməyə hazırdır – Peskov
Xəbər lenti
0