Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya məhkəməsi Xəzər Boru Kəmərinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib

© AP Photo / TefkenBakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Rusiyanın Nəqliyyat Sahəsində Nəzarət Federal Xidməti ("Rostransnadzor") Konsorsiumun ekoloji fəaliyyətində pozuntular aşkar edib.
Bakı, 6 iyul - Sputnik. Rusiyanın Novorossiysk şəhərinin Primorsk rayon məhkəməsi ekoloji pozuntular aşkar edildikdən sonra Xəzər Boru Kəməri (XBK) Konsorsiumunun fəaliyyətinin 30 sutkalıq dayandırılması barədə qərar qəbul edib. Bu qərardan apellyasiya şikayəti veriləcək.
Bu barədə Xəzər Boru Kəməri Konsorsiumu məlumat yayıb.
Məlumata görə, buna səbəb Rusiyanın Nəqliyyat Sahəsində Nəzarət Federal Xidmətinin ("Rostransnadzor") aşkar etdiyi pozuntulardır.
Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bundan əvvəl Rostexnadzor, Rosprirodnadzor və Rosmorreçflot-a aprelin 25-dək istismarı zamanı XBK-də təhlükəli obyektlərin texniki vəziyyətini və ekoloji tələblərə uyğunluğunu qiymətləndirməyi tapşırmışdı.
Mayın 6-da Rostransnadzorun Cənub Departamenti XBK-də yerində yoxlama aparıb, nəticədə bir neçə “neft dağılmalarına cavab tədbirləri planı çərçivəsində sənədlərdə pozuntular” aşkar edib. Noyabrın 30-dək pozuntuların aradan qaldırılması ilə bağlı konsorsiuma müddət verilib.
"Sərəncamın icra müddətinin 2022-ci il noyabrın 30-da başa çatmasına baxmayaraq, Rostransnadzorun Cənub İdarəsi XBK-nın fəaliyyətini 90 gün müddətinə dayandırmaq tələbi ilə Krasnodar diyarının Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə 5 iyul 2022-ci il tarixdə Rostransnadzorun tələbləri qismən təmin edilib. XBKK ASC fəaliyyətini 30 gün müddətinə inzibati qaydada dayandırmağa məhkum olub", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, sözügedən kəmər Qazaxıstan neftinin əsas ixrac marşrutudur. Nəql olunan neftin 80 %-dən çoxu bu kəmər vasitəsi ilə ötürülür. Kəmərin illik tutumu 67 milyon ton neftdir.
Xəzər Boru-kəməri Konsorsiumunun səhmdarları Rusiya (31 %), Qazaxıstan (20,7 %), “Chevron Caspian Pipeline Consortium Company” (15 %), Boru Kəməri Konsorsiumu Şirkəti (15%), LUKARCO B.V. (12,5 %), “Mobil Caspian Pipeline Company” (7,5 %), “Rosneft-Shell Caspian Ventures Limited” (7,5 %), “BG Overseas Holding Limited” (2 %), “Eni International N.A. N.V.” (2 %), “Oryx Caspian Pipeline” MMC (1,75 %).
Xəbər lenti
0