https://sputnik.az/20220706/putinin-g20-de-istirak-etmek-planlari-barede-ndoneziyaya-melumat-verilib---rusiya-xn-443763156.html
Putinin G20-də iştirak etmək planları barədə İndoneziyaya məlumat verilib - Rusiya XİN
Putinin G20-də iştirak etmək planları barədə İndoneziyaya məlumat verilib - Rusiya XİN
Sputnik Azərbaycan
Nazirlikdən bildirilib ki, RF Prezidentinin tədbirdə iştirak formatı dünyada ümumi vəziyyət və Cənub-Şərqi Asiyada sanitar-epidemioloji vəziyyət nəzərə... 06.07.2022, Sputnik Azərbaycan
2022-07-06T17:08+0400
2022-07-06T17:08+0400
2022-07-06T17:08+0400
rusiya
putin
indoneziya
g-20
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443045243_0:0:3072:1728_1920x0_80_0_0_16f3b890a5de798c6b6fd79b3b686483.jpg
BAKI, 6 iyul — Sputnik. Rusiya tərəfi Prezident Vladimir Putinin bu ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etmək planları barədə İndoneziyaya əvvəlcədən məlumat verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib."İştirak formatı dünyada vəziyyətin inkişafından asılı olaraq və Cənub-Şərqi Asiyada sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla dəqiqləşdirilməlidir", - məlumatda deyilir.Aprelin sonunda İndoneziya Prezidenti Coko Vidodo Ukrayna lideri Volodimir Zelenskini dəvət etdikdən sonra Rusiya Prezidenti Vladimir Putini G20 sammitinə dəvət edib. Rusiya Federasiyasının rəhbəri müvafiq təklifi qəbul edib.Daha sonra Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya istənilən formatda G20 sammitində iştirak edə bilər, Putin özü gedə bilər, yaxud kimisə nümayəndə kimi göndərə bilər.Xatırladaq ki, bir müddət öncə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putin İndoneziya Prezidenti Coko Vidododan noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində əyani formatda iştirak etmək üçün dəvət alıb və Rusiya tərəfi müsbət cavab verib."Biz rəsmi dəvət aldıq və indoneziyalıların müvafiq Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alsaq, bu, çox vacibdir. Bütün bunlar təbii ki, iyunun 30-da da müzakirə olunacaq (Putinlə Vidodonun Kremldəki görüşündə - red.). Amma bizim prezidentimiz dəvət aldı və biz də müsbət cavab verdik, iştirakda maraqlı olduğumuzu bildirdik", - deyə Uşakov bildirib.Eyni zamanda prezidentin köməkçisi qeyd edib ki, Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı yekun qərar olmasa da, sammitə qədər hələ çox vaxt var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443045243_294:0:3025:2048_1920x0_80_0_0_c723a8cbbd309a08520561bca3224ca1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, indoneziya, g-20
Putinin G20-də iştirak etmək planları barədə İndoneziyaya məlumat verilib - Rusiya XİN
Nazirlikdən bildirilib ki, RF Prezidentinin tədbirdə iştirak formatı dünyada ümumi vəziyyət və Cənub-Şərqi Asiyada sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla dəqiqləşdirilməlidir.
BAKI, 6 iyul — Sputnik. Rusiya tərəfi Prezident Vladimir Putinin bu ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etmək planları barədə İndoneziyaya əvvəlcədən məlumat verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"İştirak formatı dünyada vəziyyətin inkişafından asılı olaraq və Cənub-Şərqi Asiyada sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla dəqiqləşdirilməlidir", - məlumatda deyilir.
Aprelin sonunda İndoneziya Prezidenti Coko Vidodo Ukrayna lideri Volodimir Zelenskini dəvət etdikdən sonra Rusiya Prezidenti Vladimir Putini G20 sammitinə dəvət edib. Rusiya Federasiyasının rəhbəri müvafiq təklifi qəbul edib.
Daha sonra Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya istənilən formatda G20 sammitində iştirak edə bilər, Putin özü gedə bilər, yaxud kimisə nümayəndə kimi göndərə bilər.
Xatırladaq ki, bir müddət öncə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putin İndoneziya Prezidenti Coko Vidododan noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində əyani formatda iştirak etmək üçün dəvət alıb və Rusiya tərəfi müsbət cavab verib.
"Biz rəsmi dəvət aldıq və indoneziyalıların müvafiq Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alsaq, bu, çox vacibdir. Bütün bunlar təbii ki, iyunun 30-da da müzakirə olunacaq (Putinlə Vidodonun Kremldəki görüşündə - red.). Amma bizim prezidentimiz dəvət aldı və biz də müsbət cavab verdik, iştirakda maraqlı olduğumuzu bildirdik", - deyə Uşakov bildirib.
Eyni zamanda prezidentin köməkçisi qeyd edib ki, Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı yekun qərar olmasa da, sammitə qədər hələ çox vaxt var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.