https://sputnik.az/20220706/peskov-terror-tehlukesi-seviyyesi-ile-bagli-danisdi-443722777.html
Peskov terror təhlükəsi səviyyəsi ilə bağlı danışdı
Peskov terror təhlükəsi səviyyəsi ilə bağlı danışdı
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, təhlükə səviyyəsi indiki məqama uyğun olaraq müəyyən edilib. 06.07.2022, Sputnik Azərbaycan
2022-07-06T09:01+0400
2022-07-06T09:01+0400
2022-07-06T09:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
vladimir putinin köməkçisi dmitri peskov
terror
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442997423_0:0:3072:1728_1920x0_80_0_0_413ae1b5ffc626ad3bb12d40a41ad3d9.jpg
BAKI, 6 iyul — Sputnik. Rusiyanın bir sıra sərhəd rayonlarında terror təhlükəsi səviyyəsinin artırılması indiki vəziyyətə uyğundur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.Bundan əvvəl Rusiyanın Ukrayna ilə həmsərhəd olan bir sıra vilayətlərində terror təhlükəsinin "sarı" səviyyəsinin müddəti uzadılıb. Bu müddət Belqorod vilayətində iyulun 9-da, o cümlədən Krımın bəzi rayonlarında iyulun 10-dək, həmçinin Bryansk və Kursk vilayətlərində iyulun 8-dək uzadılıb."Təhlükə səviyyəsi indiki məqama uyğun olaraq müəyyən edilib. Səviyyə indiki məqama uyğundur", - Peskov daha yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin tətbiqi üçün əsasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442997423_341:0:3072:2048_1920x0_80_0_0_cc2714f719b549631752c08cb82c3f02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vladimir putinin köməkçisi dmitri peskov, terror, ukrayna, rusiya
vladimir putinin köməkçisi dmitri peskov, terror, ukrayna, rusiya
Peskov terror təhlükəsi səviyyəsi ilə bağlı danışdı
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, təhlükə səviyyəsi indiki məqama uyğun olaraq müəyyən edilib.
BAKI, 6 iyul — Sputnik. Rusiyanın bir sıra sərhəd rayonlarında terror təhlükəsi səviyyəsinin artırılması indiki vəziyyətə uyğundur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Bundan əvvəl Rusiyanın Ukrayna ilə həmsərhəd olan bir sıra vilayətlərində terror təhlükəsinin "sarı" səviyyəsinin müddəti uzadılıb. Bu müddət Belqorod vilayətində iyulun 9-da, o cümlədən Krımın bəzi rayonlarında iyulun 10-dək, həmçinin Bryansk və Kursk vilayətlərində iyulun 8-dək uzadılıb.
"Təhlükə səviyyəsi indiki məqama uyğun olaraq müəyyən edilib. Səviyyə indiki məqama uyğundur", - Peskov daha yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin tətbiqi üçün əsasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.