https://sputnik.az/20220706/medvedev-beseriyyetin-movcudlugu-ucun-potensial-tehlukeden-behs-edib-443748709.html
Medvedev bəşəriyyətin mövcudluğu üçün potensial təhlükədən bəhs edib
Medvedev bəşəriyyətin mövcudluğu üçün potensial təhlükədən bəhs edib
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Vaşinqtonun cinayət siyasətinin qurbanlarının sayı nasist rejiminin qurbanları ilə müqayisə oluna... 06.07.2022, Sputnik Azərbaycan
2022-07-06T15:58+0400
2022-07-06T15:58+0400
2022-07-06T15:58+0400
dmitri medvedev
rusiya
rusiya prezidenti vladimir putin
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813232_0:0:2898:1631_1920x0_80_0_0_d7c791490537f2f6569208c83375ed0f.jpg
BAKI, 6 iyul — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedev "Rusiyanın hərəkətlərini araşdırmaq" üçün tribunalların yaradılması ideyasını absurd adlandırıb. Eyni zamanda o qeyd edib ki, müxtəlif ölkələrdə ABŞ-ın aqressiv hərəkətlərinin qurbanı olmuş milyonlarla insan üçün bir dənə də olsun fövqəlmilli qurum yaradılmayıb."Bu təkliflər (Rusiyanın hərəkətlərinin təhqiqatı üçün tribunallar və ya məhkəmələr yaratmaq cəhdləri – TASS qeydi) təkcə hüquqi cəhətdən etibarsız deyil", – Medvedev çərşənbə günü “Telegram” kanalında yazıb. O, ən böyük nüvə potensialına malik ölkənin cəzalandırılması ideyasını absurd hesab edir. Onun sözlərinə görə, bu, "bəşəriyyətin mövcudluğu üçün potensial təhlükə yaradır"."Hansı tribunal ABŞ-ın Vyetnamda və başqa yerlərdə tökdüyü qan dənizini qınadı? Heç kim!" - Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb.Medvedev qeyd edib ki, bu məqsədlər üçün bir dənə də olsun fövqəlmilli qurum yaradılmayıb və Vaşinqtonun cinayət siyasətinin qurbanlarının sayı nasist rejiminin qurbanları ilə müqayisə oluna bilər.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
https://sputnik.az/20220702/avropalilarin-ukraynalilarla-romani-basa-catir---medvedev-443628163.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813232_167:0:2898:2048_1920x0_80_0_0_39b2f9895f84d3a441824f671a3bda8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri medvedev, rusiya prezidenti vladimir putin, kiyev
dmitri medvedev, rusiya prezidenti vladimir putin, kiyev
Medvedev bəşəriyyətin mövcudluğu üçün potensial təhlükədən bəhs edib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Vaşinqtonun cinayət siyasətinin qurbanlarının sayı nasist rejiminin qurbanları ilə müqayisə oluna bilər.
BAKI, 6 iyul — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedev "Rusiyanın hərəkətlərini araşdırmaq" üçün tribunalların yaradılması ideyasını absurd adlandırıb. Eyni zamanda o qeyd edib ki, müxtəlif ölkələrdə ABŞ-ın aqressiv hərəkətlərinin qurbanı olmuş milyonlarla insan üçün bir dənə də olsun fövqəlmilli qurum yaradılmayıb.
"Bu təkliflər (Rusiyanın hərəkətlərinin təhqiqatı üçün tribunallar və ya məhkəmələr yaratmaq cəhdləri – TASS qeydi) təkcə hüquqi cəhətdən etibarsız deyil", – Medvedev çərşənbə günü “Telegram” kanalında yazıb.
O, ən böyük nüvə potensialına malik ölkənin cəzalandırılması ideyasını absurd hesab edir. Onun sözlərinə görə, bu, "bəşəriyyətin mövcudluğu üçün potensial təhlükə yaradır".
"Hansı tribunal ABŞ-ın Vyetnamda və başqa yerlərdə tökdüyü qan dənizini qınadı? Heç kim!" - Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb.
Medvedev qeyd edib ki, bu məqsədlər üçün bir dənə də olsun fövqəlmilli qurum yaradılmayıb və Vaşinqtonun cinayət siyasətinin qurbanlarının sayı nasist rejiminin qurbanları ilə müqayisə oluna bilər.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.