Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

"İd Mübarək!" - Qurban bayramının Azərbaycan cəmiyyətində rolu və əhəmiyyəti

© Sputnik / Murad OrujovQurbanlıq qoyun
Qurbanlıq qoyun - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində ölkənin tanınmış ilahiyyatçıları müqəddəs Qurban bayramı ilə bağlı məlumat verəcəklər.
BAKI, 6 iyul — Sputnik. Qurbаn bаyrаmı AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılər Şurasının yaydığı məlumata görə, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərdə bayram namazları qılınacaq.
Müsəlmanların müqəddəs qurban bayramında həmişə riayət etdikləri bir neçə mühüm ənənə var. Belə ki, ən vacibi dəstəmaz prosesidir. Buna görə də hər mömin səhərini yuyunmaqla başlayır.
© Sputnik / Murad OrujovTeoloq hacı Adil Hüseynoğlu
Teoloq hacı Adil Hüseynoğlu - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Teoloq hacı Adil Hüseynoğlu
Bayramı təmiz paltarda qeyd etmək vacibdir. Yoldan keçənləri salamlayanda "İd Mübarək!" demək lazımdır. Əlbəttə ki, qurbanın özünü kəsməyi unutmaq olmaz. Qurban kimi çox vaxt qoyun, inək və ya dəvə kəsilir. Anlamaq lazımdır ki, heyvan xeyirxahlıq üçün qurban kəsilir, sonra bu ət ehsan payı kimi insanlara paylanılır.
Müasir Azərbaycan cəmiyyətinin həyatında Qurban bayramının əhəmiyyəti haqqında 7 iyul, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanın tanınmış ilahiyyatçıları Adil HüseynoğluTeymur Atayev məlumat verəcəklər.
Tədbir Sputnik Azərbaycan Facebook səhifəsində yayımlanacaq: https://www.facebook.com/SputnikAze/
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0