Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Volodin: "Ukrayna terrorçu dövlətə çevrilib"

© Sputnik / Maksim Blinov / Mediabanka keçid Vyaçeslav Volodin
 Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Dövlət Dumasının spikeri bildirib ki, Ukrayna tərəfinin əməlləri cinayət xarakteri daşıyır və onlara cavab çox sərt olacaq.
BAKI, 5 iyul — Sputnik. Ukrayna hakimiyyəti Rusiya qoşunlarının Donetsk və Luqansk “Xalq Respublikaları”nın sərhədlərində dayanmaması üçün hər şeyi edir. Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda bildirib.
O, Kommunist Partiyasından olan deputat Sergey Obuxovun Ukraynanı terrorçu dövlət adlandırmasına münasibət bildirib.
"Düz dediniz: Ukrayna terrorçu dövlətə çevrilib. Onların prezidenti cinayətkar rejimə rəhbərlik edir. Xüsusi hərbi əməliyyatı uğurla başa çatdırmaq üçün hər şeyi etməliyik", - Volodin bildirib.
O əlavə edib ki, deputatların qarşısında hərbi sənaye kompleksinin gücləndirilməsi məsələsini həll etməklə, Ukraynada döyüş tapşırıqlarını yerinə yetirən Rusiya ordusunun fasiləsiz təchizatını təmin etmək vəzifəsi durur.
"Ukrayna tərəfinin əməllərinə gəlincə, təbii ki, onlar cinayət xarakteri daşıyır. Cavab isə çox sərt olacaq. Buna görə də onlar özləri hər şeyi edirlər ki, qoşunlarımız "LXR" və "DXR" sərhədlərində dayanmasın. Çünki zərbələr Xarkov vilayətinin ərazisindən və digər bölgələrdən endirilir", - deyə Volodin bildirib.
Bundan əvvəl Kreml Ukrayna Silahlı Qüvvələrinin Rusiya bölgələrini atəşə tutmasını şərh edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0