https://sputnik.az/20220705/-nariskin-rusiya-beynelxalq-meselelerde-ikinci-dereceli-rolla-razilasa-bilmez-443695144.html
Narışkin: Rusiya beynəlxalq məsələlərdə ikinci dərəcəli rolla razılaşa bilməz
Narışkin: Rusiya beynəlxalq məsələlərdə ikinci dərəcəli rolla razılaşa bilməz
Sputnik Azərbaycan
Sergey Narışkin bildirib ki, Rusiya dünyanın taleyi üçün öz məsuliyyətindən imtina etmək haqqına malik deyil, beynəlxalq məsələlərdə ikinci dərəcəli rolla... 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T11:50+0400
2022-07-05T11:50+0400
2022-07-05T12:06+0400
rusiya
sergey narışkin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442417969_0:0:3063:1723_1920x0_80_0_0_573b5a74098364b407be8597bb228cce.jpg
BAKI, 5 iyul — Sputnik. Rusiya beynəlxalq məsələlərdə ikinci dərəcəli rolu qəbul edə bilməz və dünyanın taleyi üçün öz məsuliyyətindən imtina etmək haqqına malik deyil. Bunu Rusiya Tarix Cəmiyyətinin sədri, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin I Pyotrun anadan olmasının 350 illiyi ilə eyni vaxta təsadüf edən "Yeni Rusiyanın yaradıcısı" beynəlxalq dəyirmi masasında deyib."Bu gün Pyotrun islahatlarının miqyasını dərk edərək, məncə, ilk növbədə, Pyotrun özünə - cəsarətli insan və uzaqgörən siyasətçiyə hörmət etmək düzgündür. II Yekaterina taxtına çıxana qədər təxminən yarım əsr ərzində ölkəmiz tamamilə Pyotrun islahatlarına uyğun hərəkət etdi, öz dövründə onun düşündüyü hər şeyi ətalətlə təcəssüm etdirdi", - RTC sədri qeyd edib."Əlavə edim ki, əsası Pyotr tərəfindən qoyulmuş bir çox prinsiplər bu gün də öz əhəmiyyətini saxlayır. Ölkəmiz dünyanın taleyi üçün öz məsuliyyətindən imtina etmək haqqına malik deyil, beynəlxalq məsələlərdə ikinci dərəcəli rolla razılaşa bilməz və öz milli maraqları uğrunda münaqişənin həllində heç bir güzəştə gedə bilməz", - deyə o bildirib.Narışkin vurğulayıb ki, Böyük Pyotr Rusiyanı həm Qərbə, həm də Şərqə bərabər mənsub olan qüdrətli, suveren dövlət kimi görür. "Biz bu tarixi nəticələri qətiyyətlə yadda saxlamalıyıq", - RTC sədri vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220601/-sergey-nariskin-lham-eliyevi-tebrik-edib-442417996.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442417969_235:0:2966:2048_1920x0_80_0_0_075039acca3b537dc6c8492833c54f9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey narışkin
Narışkin: Rusiya beynəlxalq məsələlərdə ikinci dərəcəli rolla razılaşa bilməz
11:50 05.07.2022 (Yenilənib: 12:06 05.07.2022) Sergey Narışkin bildirib ki, Rusiya dünyanın taleyi üçün öz məsuliyyətindən imtina etmək haqqına malik deyil, beynəlxalq məsələlərdə ikinci dərəcəli rolla razılaşa bilməz.
BAKI, 5 iyul — Sputnik. Rusiya beynəlxalq məsələlərdə ikinci dərəcəli rolu qəbul edə bilməz və dünyanın taleyi üçün öz məsuliyyətindən imtina etmək haqqına malik deyil. Bunu Rusiya Tarix Cəmiyyətinin sədri, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin I Pyotrun anadan olmasının 350 illiyi ilə eyni vaxta təsadüf edən "Yeni Rusiyanın yaradıcısı" beynəlxalq dəyirmi masasında deyib.
"Bu gün Pyotrun islahatlarının miqyasını dərk edərək, məncə, ilk növbədə, Pyotrun özünə - cəsarətli insan və uzaqgörən siyasətçiyə hörmət etmək düzgündür. II Yekaterina taxtına çıxana qədər təxminən yarım əsr ərzində ölkəmiz tamamilə Pyotrun islahatlarına uyğun hərəkət etdi, öz dövründə onun düşündüyü hər şeyi ətalətlə təcəssüm etdirdi", - RTC sədri qeyd edib.
"Əlavə edim ki, əsası Pyotr tərəfindən qoyulmuş bir çox prinsiplər bu gün də öz əhəmiyyətini saxlayır. Ölkəmiz dünyanın taleyi üçün öz məsuliyyətindən imtina etmək haqqına malik deyil, beynəlxalq məsələlərdə ikinci dərəcəli rolla razılaşa bilməz və öz milli maraqları uğrunda münaqişənin həllində heç bir güzəştə gedə bilməz", - deyə o bildirib.
Narışkin vurğulayıb ki, Böyük Pyotr Rusiyanı həm Qərbə, həm də Şərqə bərabər mənsub olan qüdrətli, suveren dövlət kimi görür. "Biz bu tarixi nəticələri qətiyyətlə yadda saxlamalıyıq", - RTC sədri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.