https://sputnik.az/20220704/kelbecer-istiqametinde-movqelerimiz-atese-tutuldu-443655313.html
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
Sputnik Azərbaycan
Nazirlikdən bildirilib ki, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T10:07+0400
2022-07-04T10:07+0400
2022-07-04T11:09+0400
qarabağ
kəlbəcər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0a/427895553_0:31:1800:1044_1920x0_80_0_0_b9c6617bd13cb622b16ac35ce9aba5e3.jpg
BAKI, 4 iyul — Sputnik. İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.Xatırladaq ki, iyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq istiqamətində Ordumuzun üzərinə düşən bütün vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0a/427895553_100:0:1492:1044_1920x0_80_0_0_67788b1bf2b7c7238a52c615d5b13f1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kəlbəcər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
10:07 04.07.2022 (Yenilənib: 11:09 04.07.2022) Nazirlikdən bildirilib ki, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
BAKI, 4 iyul — Sputnik. İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Xatırladaq ki, iyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq istiqamətində Ordumuzun üzərinə düşən bütün vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini ifadə edib.