https://sputnik.az/20220703/rusiya-xn-putin-ve-makron-arasinda-danisiqlarin-parisde-gizli-lente-alinmasi-barede-443645804.html
Rusiya XİN Putin və Makron arasında danışıqların Parisdə gizli lentə alınması barədə
Rusiya XİN Putin və Makron arasında danışıqların Parisdə gizli lentə alınması barədə
Sputnik Azərbaycan
Fransa mediası Emmanuel Makron və Vladimir Putin arasında fevralın 20-də baş tutan danışıqların tam stenoqramını dərc edib. 03.07.2022, Sputnik Azərbaycan
2022-07-03T19:35+0400
2022-07-03T19:35+0400
2022-07-03T20:42+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
emmanuel makron
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/07/03/427374284_0:0:3097:1742_1920x0_80_0_0_7b1c4515880145f643fb5e7a9699223b.jpg
BAKI, 3 iyul - Sputnik. Rusiya Federasiyası və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqların konfidensiallığının pozulması Parisdə “diplomatiya” sözünün necə başa düşüldüyünə bir nümunədir.Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Biz diplomatik təcrübədə görünməmiş bir şeydən danışırıq. Məsələ burasındadır ki, zənglər ən yüksək səviyyədə ediləndə və onlar indi, pandemiyadan sonra diplomatiyanın məşhur alətinə çevriləndə, təbii ki, konfidensial hekayə, iki lider, bəzən üç nəfər arasındakı söhbət olur. Bəzən bu, videorabitə vasitəsilə də baş verir və təbii ki, bunlar qapalı danışıqlardır.Lakin məlum oldu ki, bir neçə ay əvvəl Makron Rusiya prezidentinə zəng vuranda onun otağında, kabinetində, bu telefon danışığının aparıldığı masada cihazın səsi açıq qoyulub. Əlbəttə, bəzən olur ki, danışıqlar zamanı otaqda səsyazanlar, tərcüməçilər iştirak edir. Amma burada belə çıxır ki, hansısa naməlum jurnalistlər oturublar və onlar bütün danışıqları qeyd ediblər, kamera vasitəsilə lentə alıblar", - Zaxarova deyib. O əlavə edib ki, “əslində bu, diplomatiya sözünü belə başa düşdüklərinin bir nümunəsidir”. Bazar günü Fransa mediası Emmanuel Makron və Vladimir Putin arasında fevralın 20-də baş tutan danışıqların tam stenoqramını dərc edib. Söhbəti həmin vaxt orada şəxsən iştirak edən, Fransa prezidenti ilə bağlı süjeti lentə alan fransız jurnalist Qay Laqaşe lentə alıb. Proqram 30 iyun cümə axşamı, Moskva vaxtı ilə saat 22.15-də France 2 telekanalında nümayiş olunub. Bu söhbətdə Makron Putinə deyib ki, "DXR" və "LXR" ilə bağlı Minsk razılaşmaları üzrə təkliflər "onun vecinə deyil“. Onun fikrincə, onların yalnız Ukraynanın təkliflərinə cavab vermək hüququ var. Makron Putini yaxın günlərdə Cenevrədə ABŞ prezidenti ilə görüşə də dəvət edib və Rusiya prezidenti buna prinsipcə razı olduğu cavabını verib. Səs yazılarından göründüyü kimi, söhbət bəzən gərgin tonda gedib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/03/427374284_0:0:2731:2048_1920x0_80_0_0_6d22eff7a977e65905c97bbf2eee50f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, emmanuel makron, rusiya prezidenti vladimir putin
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, emmanuel makron, rusiya prezidenti vladimir putin
Rusiya XİN Putin və Makron arasında danışıqların Parisdə gizli lentə alınması barədə
19:35 03.07.2022 (Yenilənib: 20:42 03.07.2022) Fransa mediası Emmanuel Makron və Vladimir Putin arasında fevralın 20-də baş tutan danışıqların tam stenoqramını dərc edib.
BAKI, 3 iyul - Sputnik. Rusiya Federasiyası və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqların konfidensiallığının pozulması Parisdə “diplomatiya” sözünün necə başa düşüldüyünə bir nümunədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz diplomatik təcrübədə görünməmiş bir şeydən danışırıq. Məsələ burasındadır ki, zənglər ən yüksək səviyyədə ediləndə və onlar indi, pandemiyadan sonra diplomatiyanın məşhur alətinə çevriləndə, təbii ki, konfidensial hekayə, iki lider, bəzən üç nəfər arasındakı söhbət olur. Bəzən bu, videorabitə vasitəsilə də baş verir və təbii ki, bunlar qapalı danışıqlardır.
Lakin məlum oldu ki, bir neçə ay əvvəl Makron Rusiya prezidentinə zəng vuranda onun otağında, kabinetində, bu telefon danışığının aparıldığı masada cihazın səsi açıq qoyulub. Əlbəttə, bəzən olur ki, danışıqlar zamanı otaqda səsyazanlar, tərcüməçilər iştirak edir. Amma burada belə çıxır ki, hansısa naməlum jurnalistlər oturublar və onlar bütün danışıqları qeyd ediblər, kamera vasitəsilə lentə alıblar", - Zaxarova deyib.
O əlavə edib ki, “əslində bu, diplomatiya sözünü belə başa düşdüklərinin bir nümunəsidir”.
Bazar günü Fransa mediası Emmanuel Makron və Vladimir Putin arasında fevralın 20-də baş tutan danışıqların tam stenoqramını dərc edib. Söhbəti həmin vaxt orada şəxsən iştirak edən, Fransa prezidenti ilə bağlı süjeti lentə alan fransız jurnalist Qay Laqaşe lentə alıb. Proqram 30 iyun cümə axşamı, Moskva vaxtı ilə saat 22.15-də France 2 telekanalında nümayiş olunub.
Bu söhbətdə Makron Putinə deyib ki, "DXR" və "LXR" ilə bağlı Minsk razılaşmaları üzrə təkliflər "onun vecinə deyil“. Onun fikrincə, onların yalnız Ukraynanın təkliflərinə cavab vermək hüququ var. Makron Putini yaxın günlərdə Cenevrədə ABŞ prezidenti ilə görüşə də dəvət edib və Rusiya prezidenti buna prinsipcə razı olduğu cavabını verib.
Səs yazılarından göründüyü kimi, söhbət bəzən gərgin tonda gedib.