https://sputnik.az/20220702/tarixi-tikiliye-olan-vandalizmin-qarsisi-alinib-443621764.html
Tarixi tikiliyə olan vandalizmin qarşısı alınıb
Tarixi tikiliyə olan vandalizmin qarşısı alınıb
Sputnik Azərbaycan
Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə aparılan... 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T14:16+0400
2022-07-02T14:16+0400
2022-07-02T14:16+0400
memarlıq
paytaxt xəbərləri
abidə
dam
inşa
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425494752_0:0:3076:1731_1920x0_80_0_0_2a69314cbfcb1f81dd795cc35970e715.jpg
BAKI, 2 iyul — Sputnik. Bakı şəhərində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin yaydığı məlumata görə, BŞİH-nin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.Müəyyən olunub ki, Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur.Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib.Vurğulanıb ki, tarixi binanın üzərində hansısa tikinti işlərinin aparılması yolverilməzdir.Kommunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər. Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425494752_195:0:2926:2048_1920x0_80_0_0_1b7eb926046b93636b268c578b3d6f2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
memarlıq, abidə, dam, inşa
memarlıq, abidə, dam, inşa
Tarixi tikiliyə olan vandalizmin qarşısı alınıb
Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə aparılan tikinti işləri dayandırlıb.
BAKI, 2 iyul — Sputnik. Bakı şəhərində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin yaydığı məlumata görə, BŞİH-nin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Müəyyən olunub ki, Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib.
Vurğulanıb ki, tarixi binanın üzərində hansısa tikinti işlərinin aparılması yolverilməzdir.
Kommunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər. Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.