https://sputnik.az/20220702/rusiya-ve-ran-diplomatlari-nuve-sazisi-uzre-danisiqlarin-aspektlerini-muzakire-edibler-443623234.html
Rusiya və İran diplomatları nüvə sazişi üzrə danışıqların aspektlərini müzakirə ediblər
Rusiya və İran diplomatları nüvə sazişi üzrə danışıqların aspektlərini müzakirə ediblər
Sputnik Azərbaycan
XİN rəsmiləri nüvə sazişinin canlandırılması üçün çoxtərəfli səylərin davam etdirilməsinə alternativin olmadığı qənaətinə gəliblər. 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T14:58+0400
2022-07-02T14:58+0400
2022-07-02T14:58+0400
rusiya
rusiya
iran
nüvə sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221183_0:187:2000:1312_1920x0_80_0_0_969814873325b0508c86ce289622b496.jpg
BAKI, 2 iyul - Sputnik. Rusiya və İran diplomatları nüvə sazişi üzrə danışıqların aspektlərini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü keçirilən görüşün nəticələrinə dair şənbə günü yayılan məlumatında deyilir.Bildirilir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bagiri Kani İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasının bərpası üçün danışıqlar prosesinin müxtəlif aspektlərini müzakirə ediblər.“İranın nüvə proqramı ətrafında nizamlanma üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam hüquqlu icrasının bərpasına yönəlmiş danışıqlar prosesinin müxtəlif aspektləri, o cümlədən Avropa Xarici Fəaliyyət Xidmətinin vasitəçiliyi ilə Dohada Vaşinqton və Tehran nümayəndələri arasında son dolayı təmasların nəticələri nəzərə alınmaqla ətraflı fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd olunur. XİN-dən o da bildirilib ki, Rusiya-İran görüşünün iştirakçılarıBirgə Hərtərəfli Fəaliyyət Planının saxlanmasına sadiqliklərini ifadə ediblər"BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində müəyyən edilmiş parametrlərə uyğun olaraq, əlavələr və istisnalar olmadan, nüvə sazişinin canlandırılması üçün çoxtərəfli səylərin davam etdirilməsinə alternativin olmadığını vurğulayıblar."Bu mövzuda təmasların davam etdirilməsi və daha da sıx əlaqələndirilməsi barədə razılıq əldə olunub", - deyə Rusiya XİN-in məlumatında qeyd olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221183_0:0:2000:1500_1920x0_80_0_0_4fdc80ec7ec76da9d7dad60929040ad9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, iran, nüvə sazişi
rusiya, iran, nüvə sazişi
Rusiya və İran diplomatları nüvə sazişi üzrə danışıqların aspektlərini müzakirə ediblər
XİN rəsmiləri nüvə sazişinin canlandırılması üçün çoxtərəfli səylərin davam etdirilməsinə alternativin olmadığı qənaətinə gəliblər.
BAKI, 2 iyul - Sputnik. Rusiya və İran diplomatları nüvə sazişi üzrə danışıqların aspektlərini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü keçirilən görüşün nəticələrinə dair şənbə günü yayılan məlumatında deyilir.
Bildirilir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bagiri Kani İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasının bərpası üçün danışıqlar prosesinin müxtəlif aspektlərini müzakirə ediblər.
“İranın nüvə proqramı ətrafında nizamlanma üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam hüquqlu icrasının bərpasına yönəlmiş danışıqlar prosesinin müxtəlif aspektləri, o cümlədən Avropa Xarici Fəaliyyət Xidmətinin vasitəçiliyi ilə Dohada Vaşinqton və Tehran nümayəndələri arasında son dolayı təmasların nəticələri nəzərə alınmaqla ətraflı fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd olunur.
XİN-dən o da bildirilib ki, Rusiya-İran görüşünün iştirakçılarıBirgə Hərtərəfli Fəaliyyət Planının saxlanmasına sadiqliklərini ifadə ediblər
"BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində müəyyən edilmiş parametrlərə uyğun olaraq, əlavələr və istisnalar olmadan, nüvə sazişinin canlandırılması üçün çoxtərəfli səylərin davam etdirilməsinə alternativin olmadığını vurğulayıblar.
"Bu mövzuda təmasların davam etdirilməsi və daha da sıx əlaqələndirilməsi barədə razılıq əldə olunub", - deyə Rusiya XİN-in məlumatında qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.