Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya aerokosmik qüvvələri Ukraynanın 5 komanda məntəqəsini məhv edib - Konaşenkov

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 02.07.2022
Abunə olmaq
RF qoşunları əks-batareya döyüşü zamanı Ukraynanın bir neçə reaktiv yaylım atəşi sistemini zərərsizləşdirib.
BAKI, 2 iyul - Sputnik. Rusiya Federasiyasının aerokosmik qüvvələri yüksək dəqiqlikli silahlarla bir sutka ərzində beş komanda məntəqəsini və Ukrayna hərbçilərinin döyüş sursatı olan üç anbarını məhv edib. Bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinin hesabatına istinadən xəbər yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları bir sutka ərzində "Donetsk Xalq Respublikası"nın Artemovsk və Çasov Yar, Nikolayev vilayətinin Pervomayskoye, Zeleni Qay və Barmaşova rayonlarında Ukrayna Silahlı Qüvvələrinin 5 komanda məntəqəsini məhv edib", - deyə hesabatda bildirilir.
O da bildirilir ki, Zaporojye vilayətinin Şevçenkovo ​​və Novohrihorovka qəsəbələri ərazilərində silah-sursat olan üç anbar, həmçinin 32 rayonda Ukrayna hərbçilərinin canlı qüvvəsi və hərbi texnikası da məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib ki, Rusiya Aerokosmik Qüvvələri əks-batareya döyüşü zamanı Novoluqanskoye, Jelannoye, Berdıçi və Vozdvijenka ərazilərində bir gündə dörd taqım reaktiv yaylım atəşi sistemini (RYAS) vurublar:
“Əks-batareya döyüşü çərçivəsində Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları Novoluqanskoye, Jelannoye, Berdıçi və Vozdvijenka rayonlarında dörd taqım reaktiv yaylım atəşi sistemini vurub, onlardan Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrini atəşə tutub. Donetsk Xalq Respublikasının,” - deyə Konaşenkov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0