Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın dünyada çoxlu həmfikirləri var - Putin

© Sputnik / Михаил Метцель / Fotobanka keçməkRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Rusiya rəhbəri qeyd edib ki, haqqında danışdığı şəxslər Rusiya ilə "təxminən eyni rejimdə düşünürlər, əslində, elə bizim kimi düşünürlər".
BAKI, 1 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın dünyada çoxlu həmfikri var. Bu həmfikirlər öz yolları ilə getmək istəyir, lakin başını qaldırıb bunu ucadan deməkdən qorxurlar.
"RİA Novosti" agentliyinin verdiyi xəbərə əsasən, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Cümə axşamı dövlət başçısı Xarici Kəşfiyyat Xidmətinin mənzil-qərargahını ziyarət edib.
"Doqmatizm, keçmişin yükü, həqiqətlə üz-üzə gəlmək istəməmək istər-istəməz Qərbin növbəti düşünülməmiş impulsiv hərəkətləri riskini artırır. Amma eyni zamanda, məhz bu vəziyyət Rusiyanın dünyada mövcud olan çox sayda həmfikirlərini üzə çıxarır. Doğrudur, bəziləri həm başlarını qaldırmağa, həm də bunu ucadan deməyə qorxurlar", - deyə Putin vurğulayıb.
Prezident qeyd edib ki, onun haqqında danışdığı şəxslər Rusiya ilə "təxminən, eyni rejimdə düşünürlər, əslində, elə bizim kimi düşünürlər".
"Onların - bu həmfikir ölkələrin, insanların və xalqların sayı çoxdur, hansılar ki, əsl çoxtərəflilik prinsipləri əsasında öz yolları ilə getmək istəyirlər", - deyə Rusiya Federasiyasının rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0