https://sputnik.az/20220630/putin-qazin-qiymetinin-qalxmasi-qerbin-yanlis-siyaseti-ile-baglidir-443561967.html
Putin: Qazın qiymətinin qalxması Qərbin yanlış siyasəti ilə bağlıdır
Putin: Qazın qiymətinin qalxması Qərbin yanlış siyasəti ilə bağlıdır
Sputnik Azərbaycan
Rusiya lideri bildirib ki, enerji sahəsində aşkar səhvlər nəticəsində gübrə istehsalı üçün əsas məhsullardan biri olan qazın qiyməti kəskin artıb. 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T19:52+0400
2022-06-30T19:52+0400
2022-06-30T19:52+0400
rusiya
putin
siyasət
yanlış
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443495024_0:0:3137:1765_1920x0_80_0_0_90631257da93c21402cbec7ca370dcf3.jpg
BAKI, 30 iyun - Sputnik. Qlobal gübrə bazarında da problemlərə səbəb olan qazın qiymətinin qalxması ilə bağlı vəziyyət Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə deyil, Qərb ölkələrinin yanlış enerji siyasəti ilə bağlıdır. Bunu Rusiya prezidenti Vladimir Putin İndoneziya lideri Coko Vidodo ilə görüşündə deyib.Limanlardan Ukrayna taxılının ixracı məsələsinə toxunan Putin qeyd edib ki, Rusiya buna qarışmır:“Biz Ukrayna taxılının ixracına mane olmuruq. Ukrayna hərbi hakimiyyət orqanları öz limanlarına girişləri minalayıblar, heç kim onlara minaları təmizləməyə və taxıl daşıyan gəmiləri oradan çıxarmağa mane olmur, biz təhlükəsizliyə zəmanət veririk. Bundan əlavə, digər ixrac variantları da var. Rumıniya, Dunay və daha sonra Qara dənizlə, Polşadan, Belarusdan, Azov dənizi limanları vasitəsilə”, - deyə Putin bildirib.Rusiya lideri həmçinin qeyd edib ki, Ukraynada Rusiyanın hesablamalarına görə, hazırda 5 milyon tona yaxın bloklanmış taxıl var, onun sözlərinə görə, belə bir miqdar dünya bazarlarına heç bir şəkildə təsir göstərmir:RF Prezidenti onu da qeyd edib ki, Ukraynanın taxılı məsələsində Rusiya Federasiyası BMT-nin müvafiq təşkilatı ilə sıx işgüzar əlaqə saxlayır.“Bu məsələ ilə bağlı biz BMT-nin müvafiq profili ilə daimi, sıx işgüzar əlaqədəyik və onlar bu məsələləri Aİ və ABŞ nümayəndələri ilə işləməyi üzərinə götürüblər”, - deyə Putin bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443495024_271:0:3002:2048_1920x0_80_0_0_ffe1e7e0eb8372baeb0ca8a307d5cb7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, siyasət, yanlış, qərb
putin, siyasət, yanlış, qərb
Putin: Qazın qiymətinin qalxması Qərbin yanlış siyasəti ilə bağlıdır
Rusiya lideri bildirib ki, enerji sahəsində aşkar səhvlər nəticəsində gübrə istehsalı üçün əsas məhsullardan biri olan qazın qiyməti kəskin artıb.
BAKI, 30 iyun - Sputnik. Qlobal gübrə bazarında da problemlərə səbəb olan qazın qiymətinin qalxması ilə bağlı vəziyyət Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə deyil, Qərb ölkələrinin yanlış enerji siyasəti ilə bağlıdır. Bunu Rusiya prezidenti Vladimir Putin İndoneziya lideri Coko Vidodo ilə görüşündə deyib.
“Bunun Donbasda, Ukraynada hərbi əməliyyatımızla heç bir əlaqəsi yoxdur, hər şey bir il əvvəl başlayıb və Qərb ölkələrinin yanlış enerji siyasəti ilə bağlıdır. Enerji sahəsindəki bu aşkar səhvlər nəticəsində gübrə istehsalı üçün əsas məhsullardan biri olan qazın qiyməti "göyün üzünə" qalxıb. Qiymətlər qalxıb. Bir çox şirkət sadəcə olaraq bağlanıb, çünki bu məhsulların istehsalı iqtisadi cəhətdən məqsədəuyğun deyildi”, - deyə Putin bildirib.
Limanlardan Ukrayna taxılının ixracı məsələsinə toxunan Putin qeyd edib ki, Rusiya buna qarışmır:
“Biz Ukrayna taxılının ixracına mane olmuruq. Ukrayna hərbi hakimiyyət orqanları öz limanlarına girişləri minalayıblar, heç kim onlara minaları təmizləməyə və taxıl daşıyan gəmiləri oradan çıxarmağa mane olmur, biz təhlükəsizliyə zəmanət veririk. Bundan əlavə, digər ixrac variantları da var. Rumıniya, Dunay və daha sonra Qara dənizlə, Polşadan, Belarusdan, Azov dənizi limanları vasitəsilə”, - deyə Putin bildirib.
Rusiya lideri həmçinin qeyd edib ki, Ukraynada Rusiyanın hesablamalarına görə, hazırda 5 milyon tona yaxın bloklanmış taxıl var, onun sözlərinə görə, belə bir miqdar dünya bazarlarına heç bir şəkildə təsir göstərmir:
“Son vaxtlar Ukrayna taxılının ixracı ilə bağlı məsələ aktiv şəkildə müzakirə olunur. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bu, 6 milyon ton buğda, bizim məlumatlarımıza görə, haradasa 5 milyon ton civarındadır. Dünyada hasilatın həcmini - 800 milyon tonunu nəzərə alsaq, onda başa düşürük ki, bu, dünya bazarlarına heç bir şəkildə təsir göstərməyən elə bir miqdardır. Bu, dünyada istehsal olunan bütün ərzaq məhsullarının təxminən 2,5%-ni və 0,5%-ni təşkil edir”.
RF Prezidenti onu da qeyd edib ki, Ukraynanın taxılı məsələsində Rusiya Federasiyası BMT-nin müvafiq təşkilatı ilə sıx işgüzar əlaqə saxlayır.
“Bu məsələ ilə bağlı biz BMT-nin müvafiq profili ilə daimi, sıx işgüzar əlaqədəyik və onlar bu məsələləri Aİ və ABŞ nümayəndələri ilə işləməyi üzərinə götürüblər”, - deyə Putin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.