https://sputnik.az/20220630/moskva-ve-vasinqton-arasinda-dialoqu-davam-etdirmek-ucun-real-planlar-yoxdur---peskov-443555722.html
Moskva və Vaşinqton arasında dialoqu davam etdirmək üçün real planlar yoxdur - Peskov
Moskva və Vaşinqton arasında dialoqu davam etdirmək üçün real planlar yoxdur - Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin sözçüsü bildirib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden... 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T18:22+0400
2022-06-30T18:22+0400
2022-06-30T18:22+0400
rusiya
peskov
putin
co bayden
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_0:0:3072:1728_1920x0_80_0_0_b3d11e17c48ce20f8d0d34292a78c46b.jpg
BAKI, 30 iyun — Sputnik. Moskva və Vaşinqton arasında strateji sabitliyə dair dialoqu davam etdirmək üçün real planlar yoxdur. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ arasında strateji sabitliyin təmin edilməsi üçün hər hansı təmasların planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualı cavablandırarkən deyib."Xeyr, təəssüf ki, hələlik bununla bağlı real planlar yoxdur", - deyə, Kreml sözçüsü bildirib. Eyni zamanda Peskov təsdiqləyib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında birbaşa əlaqə olmayıb.Bu gün 10-cu Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun iştirakçılarına müraciətində Putin bildirib ki, Rusiya strateji sabitliyə dair və kütləvi qırğın silahlarının yayılmaması rejimlərinin qorunması üzrə dialoqa hazırdır.Xatırladaq ki, Rusiya və ABŞ-ın hazırkı prezidentləri arasında ilk görüş ötən ilin iyunun 16-da Cenevrədə baş tutub. Bundan sonra tərəflər arasında strateji sabitliyə dair danışıqların iki raundu keçirilib. Son görüşün yekunu olaraq tərəflər iki işçi qrupun yaradılması barədə razılığa gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_341:0:3072:2048_1920x0_80_0_0_0902d7013f5396db19994d0374c6a872.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, putin, co bayden
Moskva və Vaşinqton arasında dialoqu davam etdirmək üçün real planlar yoxdur - Peskov
Rusiya prezidentinin sözçüsü bildirib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında birbaşa əlaqə olmayıb.
BAKI, 30 iyun — Sputnik. Moskva və Vaşinqton arasında strateji sabitliyə dair dialoqu davam etdirmək üçün real planlar yoxdur. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ arasında strateji sabitliyin təmin edilməsi üçün hər hansı təmasların planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualı cavablandırarkən deyib.
"Xeyr, təəssüf ki, hələlik bununla bağlı real planlar yoxdur", - deyə, Kreml sözçüsü bildirib.
Eyni zamanda Peskov təsdiqləyib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında birbaşa əlaqə olmayıb.
Bu gün 10-cu Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun iştirakçılarına müraciətində Putin bildirib ki, Rusiya strateji sabitliyə dair və kütləvi qırğın silahlarının yayılmaması rejimlərinin qorunması üzrə dialoqa hazırdır.
Xatırladaq ki, Rusiya və ABŞ-ın hazırkı prezidentləri arasında ilk görüş ötən ilin iyunun 16-da Cenevrədə baş tutub. Bundan sonra tərəflər arasında strateji sabitliyə dair danışıqların iki raundu keçirilib. Son görüşün yekunu olaraq tərəflər iki işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.