Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Məşhur radio öz ad gününü paytaxt küçələrində qeyd etdi

© Photo : 106.3FM106.3 FM
106.3 FM - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
İlk dəfə 2004-cü ilin bu günündə fəaliyyətə başlayan "Azad Azərbaycan" Milli Teleradio Yayım Kompaniyasının 18 yaşı tamam olub. Radionun əsas şüarı - "Milli musiqi milli radioda"dır.
BAKI, 30 iyun — Sputnik. Bu gün 106.3 FM radiosunun 18 yaşı tamam oldu. Bu mqsədlə radistansiya paytaxt küçələrində mediatur təşkil edib.
"Azad Azərbaycan" Milli Teleradio Yayım Kompaniyasının 106.3 FM radiostansiyası 2004-cü ilin 30 iyun tarixindən etibarən fəaliyyət göstərir. 106.3 FM radiostansiyasının direktoru Arzu Cəfərova bildirib ki, hazırkı mediatur onların bu qəbildən olan sayca üçüncü layihəsidir:
"Tam əminliklə deyə bilərəm ki, bunun analoqu yoxdur. Radiomuz müxtəlif illərdə "Bakı bulvarı", "Cocuq Mərcanlı" kəndi, "İçəri Şəhər" metro stansiyası, "Soyuq əllər, isti ürək" yarmarkasından yayımlar gerçəkləşdirib. Ən böyük arzum odur ki, Şuşadan səyyar efirimizi yayımlayaq".
Sözügedən radionun tanınmış aparıcısı Kazım Sübhan təəssüratlarını bizimlə bölüşüb:
"Biz həmişə öz radio studiyamızdan verilişləri təqdim etmişik. Amma bu dəfə Bakı küçələrində bizi sevən tamaşaçıların yanından keçə-keçə efirə çıxdıq. Radio həmişə insanlar üçün maraqlı olub. Onları daim "görəsən, radio studiyası necədir?", "aparıclar harada otururlar" və sair bu kimi suallar maraqlandırıb. Hazırkı layihənin əsas məqsədi odur ki, tamaşaçılar bizi canlı görürlər. Dəfələrlə bu lahiyəni həyata keçirmişik, çox yaxşı rəylər almışıq".
Layihədə iştirak edən xalq artisti Röya Ayxan ilk dəfədir ki, səyyar radioda qonaq olduğunu deyir:
"106.3 FM mənim üçün özəl bir radiodur. Onunla birlikdə böyüdük. Hələ mən yeni başlayanda 106 FM artıq var idi. Televiziyalarda bir çox biabırçılıqlar ola bilər, amma radiolarda bu yoxdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0