Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin də Türkmənistana gəlib

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.06.2022
Abunə olmaq
Rusiya liderinin olduğu təyyarə yerli vaxtla saat 14:00-da Aşqabada enib və onu Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri Rəşid Meredov qarşılayıb.
BAKI, 29 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin VI Xəzər sammitində iştirak etmək üçün Türkmənistanın paytaxtına uçub.
Rusiya liderinin olduğu təyyarə yerli vaxtla saat 14:00-da Aşqabada enib. Rusiya Prezidentini Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri Rəşid Meredov qarşılayıb. Rusiya Prezidenti “Aurus” markalı avtomobillə hava limanını tərk edib.
Putin Aşqabadda altıncı Xəzər sammitində iştirak edəcək. Rusiya tərəfi gözləyir ki, sammitdən sonra iştirakçı ölkələrin liderləri regionda əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılaşdırılmış mövqelər haqqında kommünike qəbul edəcəklər. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl jurnalistlərə bildirib.
Sammitin keçiriləcəyi ərazidə Putin bir sıra ikitərəfli görüşlərə ev sahibliyi edəcək. Belə ki, dövlət başçısı Türkmənistanın eks-prezidenti, ölkə parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovu 65 illik yubileyi münasibətilə təbrik edəcək.
Türkmənistanın hazırkı prezidenti Serdar Berdıməhəmmədov, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisi ilə də görüşləri gözlənilir.
Qeyd edək ki, Xəzəryanı bütün ölkələrin dövlət başçıları artıq Aşqabaddadır.
Bu gün Aşqabadda dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Görüşdə Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0