https://sputnik.az/20220629/pul-kocurmelerinin-limitini-artirmaq-ucun-qanunvericiliye-duzelis-edilmelidir---nabiullina-443488485.html
Pul köçürmələrinin limitini artırmaq üçün qanunvericiliyə düzəliş edilməlidir - Nabiullina
Pul köçürmələrinin limitini artırmaq üçün qanunvericiliyə düzəliş edilməlidir - Nabiullina
Sputnik Azərbaycan
Qeyri-rezidentlər bir ay ərzində 10 000 ABŞ dollarından çox olmayan məbləğdə və ya digər xarici valyutada ekvivalenti köçürə biləcəklər. 29.06.2022, Sputnik Azərbaycan
2022-06-29T16:14+0400
2022-06-29T16:14+0400
2022-06-29T16:14+0400
rusiya
rusiya
mərkəzi bank
pulköçürmələri
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441302232_0:0:3065:1725_1920x0_80_0_0_b008a70f6d1d356c3f44cf39f0ef1796.jpg
BAKI, 29 iyun — Sputnik. "Vətəndaşlar üçün pul köçürmələri - bu məbləği (limit) əhəmiyyətli dərəcədə artırmağa hazırıq". Bunu RF Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) qurultayında deyib.Maliyyə naziri Anton Siluanovun valyuta məhdudiyyətləri rejiminin növbəti yumşaldılması barədə çıxışını şərh edən Bank rəhbəri bildirib ki, hətta məhdudiyyətlərin aradan qaldırılması variantı da nəzərdən keçirilib."Bunun üçün qanunvericiliyə düzəliş etmək lazımdır", - deyə o bildirib.Lakin RF Mərkəzi Bankının rəhbəri mümkün yeni limitin məbləğini açıqlamayıb.Nabiullina, həmçinin, tədarük zəncirlərinin yenidən qurulmasını asanlaşdırmaq və mövcud iqtisadi şəraitə uyğunlaşmaqdan ötrü biznes üçün valyuta liberallaşdırılmasının sürətləndirilməsinin vacibliyini də vurğulayıb.Eyni zamanda, hesab açmadan pulköçürmə xidmətləri göstərən şirkətlər vasitəsilə Rusiya rezidentləri və dost ölkələrdən olan qeyri-rezidentlər bir ay ərzində 10 000 ABŞ dollarından çox olmayan məbləğdə və ya digər xarici valyutada ekvivalenti köçürə biləcəklər. Əvvəllər bu yolla ayda 5000 dollardan çox pul köçürülə bilməzdi.Qeyd edək ki, hazırda Rusiyada 150.000 dollarlıq limit bir aydan az müddətdə - iyunun 8-dən qüvvədədir. Bundan əvvəl isə limit 50.000 dollar olub.Xatırladaq ki, sanksiyaları dəstəkləyən ölkələrdən hüquqi şəxslərin xaricə köçürmələrinə qadağa qüvvədə qalır. Məhdudiyyətlər 30 sentyabr 2022-ci il tarixə qədər qüvvədədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441302232_254:0:2985:2048_1920x0_80_0_0_bb583fb56fbea377a4a120726cbff51c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, mərkəzi bank, pulköçürmələri
rusiya, mərkəzi bank, pulköçürmələri
Pul köçürmələrinin limitini artırmaq üçün qanunvericiliyə düzəliş edilməlidir - Nabiullina
Qeyri-rezidentlər bir ay ərzində 10 000 ABŞ dollarından çox olmayan məbləğdə və ya digər xarici valyutada ekvivalenti köçürə biləcəklər.
BAKI, 29 iyun — Sputnik. "Vətəndaşlar üçün pul köçürmələri - bu məbləği (limit) əhəmiyyətli dərəcədə artırmağa hazırıq". Bunu RF Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) qurultayında deyib.
Maliyyə naziri Anton Siluanovun valyuta məhdudiyyətləri rejiminin növbəti yumşaldılması barədə çıxışını şərh edən Bank rəhbəri bildirib ki, hətta məhdudiyyətlərin aradan qaldırılması variantı da nəzərdən keçirilib.
"Bunun üçün qanunvericiliyə düzəliş etmək lazımdır", - deyə o bildirib.
Lakin RF Mərkəzi Bankının rəhbəri mümkün yeni limitin məbləğini açıqlamayıb.
Nabiullina, həmçinin, tədarük zəncirlərinin yenidən qurulmasını asanlaşdırmaq və mövcud iqtisadi şəraitə uyğunlaşmaqdan ötrü biznes üçün valyuta liberallaşdırılmasının sürətləndirilməsinin vacibliyini də vurğulayıb.
Eyni zamanda, hesab açmadan pulköçürmə xidmətləri göstərən şirkətlər vasitəsilə Rusiya rezidentləri və dost ölkələrdən olan qeyri-rezidentlər bir ay ərzində 10 000 ABŞ dollarından çox olmayan məbləğdə və ya digər xarici valyutada ekvivalenti köçürə biləcəklər. Əvvəllər bu yolla ayda 5000 dollardan çox pul köçürülə bilməzdi.
Qeyd edək ki, hazırda Rusiyada 150.000 dollarlıq limit bir aydan az müddətdə - iyunun 8-dən qüvvədədir. Bundan əvvəl isə limit 50.000 dollar olub.
Xatırladaq ki, sanksiyaları dəstəkləyən ölkələrdən hüquqi şəxslərin xaricə köçürmələrinə qadağa qüvvədə qalır. Məhdudiyyətlər 30 sentyabr 2022-ci il tarixə qədər qüvvədədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.