QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağa bilet satışı portalının işi bərpa edilib

© Sputnik / Zulfiyya GuluyevaBakı-Şuşa avtobusu, arxiv şəkli
Bakı-Şuşa avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Qısa zaman ərzində texniki problem aradan qaldırıldığından bilet satışı davam etdirilir.
BAKI, 28 iyun — Sputnik. Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti portalda yaranan problemlə bağlı açıqlamasında deyib.
"Qısa zaman ərzində texniki problem aradan qaldırılıb. Hazırda www.yolumuzqarabaga.az portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adi qaydada davam edir", - məlumatda deyilir.
Xatırladaq ki, bir neçə gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Şuşaya əlavə avtobus reysinin açılmasına qərara verib.
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edəcəklər.
Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər peşəkar bələdçinin müşayiəti ilə tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi iyunun 25-də həyata keçirilib. Ümumilikdə işğaldan azad edilmiş ərazilərə bu günədək 206 səfər təşkil olunub, 8 857 nəfər Qarabağ bölgəsini ziyarət edib.
Xəbər lenti
0